Las-Veqasda dünyanın ən yüksək “şeytan çarxı” istifadəyə verilib. Onun hündürlüyü 167.64 metrdir.
Attraksionun ən yüksək zirvəsindən şəhərin görünüşü həvəskarlar tərəfindən YouTube-a yerləşdirilib.
“High Roller” adlanan bu qurğu 28 kürəşəkilli şüşə kabinədən ibarətdir. Kondisionerlə təmin olunan kabinələrin hər birində yer tutumu 40 nəfərlikdir. Attraksionun tam dövr etməsi ümumilikdə 30 dəqiqə vaxt aparır.
Bunadək isə yüksəkliyinə görə Sinqapurun “Singapore Flyer” (165 m) attraksionu birinci yerdə idi. Siyahıda üçüncü yerdə Çində yerləşən “Star of Nanchang” (160 m) adlı “şeytan çarxı” qərarlaşıb.


Video
gun.az