Gənclər arasında “Doll Art” adlı gəlincik müsabiqəsi layihəsi başa çatıb. Layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.
Əsas məqsəd gənclər arasında dekarativ sənətə maraq artırmaq və bu sənəti Azərbaycanda təbliğ etməkdir. Elan olunmuş müsabiqəyə 50-dən çox iş təqdim olunub və təqdim olunmuş işlər əsasında sərgi təşkil edilib.
“Doll Art” müsabiqəsinə təqdim olunmuş işlər milli və müxtəlif səpkili mövzuları əhatə edib.
Sonda münsiflər tərəfindən seçilmiş I, II və III yer sahibləri mükafatlandırılıb.
Gün.Az