Lissabonda bədii gimnastika üzrə beynəlxalq turnir və Dünya Kuboku başa çatıb.
Turnirin son günü azərbaycanlı yunior Jalə Piriyeva final mərhələsində lent və halqa ilə ayrı-ayrı çıxışlar zamanı iki qızıl medal qazanıb.
Topla yerinə yetirilən final tapşırığında isə Jalə 4-cü yerə sahib olub.
Mariya Durunda Dünya Kubokunda topla çıxış zamanı 1-ci, gürzlə çıxışda 4-cü, lentlə çıxışda isə 8-ci olub.
5 gürz, 3 top və 2 lentlə yerinə yetirilən tapşırıqda Azərbaycanın qrup komandası 4-cü yeri tutub.
Gün.Az