Jaket qadın qarderobunun həm rahat, həm
də eleqant geyim əşyasıdır. Ciddi üslubun əsas elementi olan pencəklərdə
gəzmək bəzən bizi sıxır. Jaket bizə özümüzü daha azad və sərbəst hiss
etdirən əla seçimdir. Həm də canımızı isti saxlayır.
Jaketləri kəmərlə birləşdirin -
Əgər jaketin belinizin incəliyini vurğulamağa qoymadığını
düşünürsünüzsə, bunu kəmərlə bərpa edə bilərsiniz. Belə ki, jaketin
üstündən kəmər taxaraq, belinizin qum saatı kimi görünməsini təmin edə
bilərsiniz. Kəmər jaketlə eyni tonlarda olarsa, daha zərif görünərsiniz.
Bol kəsimli jaketlər -
Bol kəsimli jaketlər geyinin. Bu jaketlər həm çox əlverişlidir, həm də
cinslərlə əla qalır. Donlarla da geyinə bilərsiniz. Daha böyük jaketləri
manto məqsədi ilə də geyinə bilərsiniz.
Uzun jaketlər - Uzun jaketlər də seçə bilərsiniz. Bu jaketləri qısa ətək və şortlarla geyinərək geyimi tarazlaşdıra bilərsiniz.
Jaketləri köynəklə birləşdirin -
Ağ rəngli düyməli köynəyi jaketlə birləşdirin. Bu stilə qələm ətək də
əlavə etsəniz, dəbli iş xanımı obrazı ilə hər kəsi özünüzə heyran
qoyacaqsınız.
Asqılı donlar - Sərin
havalarda jaketi asqılı donlarla dəyərləndirin. Xüsusən də straples
donlarla jaketlər çox əla qalır. Ofisdə isə qolsuz düz geyimlərlə
uyğunlaşdırın.
Şərflər - Şal
və şərf kimi parçalarla da sınaqdan keçirə bilərsiniz. Romantik üslubu
sevənlər jaketləri təsvirli baş lentləri və yaylıqları ilə
uyğunlaşdırmaq imkanına malikdir.
Bilərziklər - Jaketin qolunu bilərzik piramidası bəzəyin.






publika.az