Axtarış
Başqa şəhərlərdə
Ötən gün Gəncə şəhərində Kinoloqlar İctimai Birliyinin təşkilatçılığı ilə “Qafqaz Qəniməti” adı altında, müxtəlif cins itlərin sərgi-müsabiqəsi keçirilib.Gəncədə ilk dəfədir ki, təşkil olunan nümayişin birinci mərhələsi Gürcüstanın paytaxtı Tiflisdə baş tutub. Beynəlxalq səviyyədə təşkil olunan müsabiqədə 100-ə yaxın it nümayiş olunub. Müsabiqədə qalib gələn iştirakçılara mükafatlar təqdim olunub. Zaur Ağabəyli - Kinoloqlar İctimai Birliyinin sədri: “Standartlarda itin xarici görünüşü və özünü aparmaq qaydası müəyyənləşdirilib. Bu standartlara əsasən, iştirakçı itlər uyğunlaşdırılır, hansının bu standartlara daha yaxşı cavab verdiyi müəyyən edilir və hər cins üzrə yeganə nümayəndə seçilir. Nəticədə isə hər cinsin bir nümayəndəsi final mərhələsində iştirak edir və sərginin ən yaxşı iti titulunu qazanır”. Milli.Az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.