Qoç - çox mürəkkəb, ağır gündür. Sizə birbaşa
dəxli olmayan münaqişəli situasiya yaranacaq. Məğlub tərəfi
dəstəkləsəniz, itkilər verə bilərsiniz. Maliyyə maraqlarınızı müdafiə
edin. Şübhəli layihələrə, avantüralara qatılmayın. Pulla və ya əmlakla
risk etməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı
insanlarla mübahisələr adi günlərlə müqayisədə daha çox olacaq. Neqativ
emosiyaların təsiri altına düşməyin. Sadəlövh insanların təkliflərinə
aldanmayın.
Axşam saatlarında normal istirahət edin.
Buğa
- asan olmayan, qarışıq və laübəli gündür. Məqsədə aparan yolda ciddi
problemlər və çətinliklərlə qarşlaşmağınız istisna deyil. İradəli və
qətiyyətli olmaqla bahəm, inadkar olun. Tərəfdaşlarla müttəfiqlər sizi
dilə tutaraq optimal variant təklif etsələr də, məqbul bildiyiniz yolu
seçin.
Maraqlarınız və sizə bel bağlayan insanların istəkləri arasında seçim məcburiyyətində qala bilərsiniz.
Günün
ikinci yarısında qərarlarınızla əməlləriniz yaxın ətrafınızdakı
insanlara qəribə təsir bağışlaya bilər. Axşam saatlarında aktiv olun.
Əkizlər
- gün maraqlı görüşlər vəd edir. Sizi tez anlayacaq, hisslərinizi dərk
edəcək insanla qarşılaşa bilərsiniz. Bu gün başlayacaq romantik
münasibətlər harmonik inkişaf edə bilər. Bunun üçün hadisələrə süni
təkan verməyin, təzyiq və ya pressinqə əl atmayın.
Günün
ikinci yarısında enerjiniz dağıdıcı səciyyə daşımamalıdır. Texnika və ya
avadanlıq sıradan çıxa bilər. Sükan arxasında çox vaxt keçirməyə
dəyməz.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng
- diqqətli, sayıq, sərvaxt olun. Xırdalıqlara və ilk baxışdan önəmsiz
təsir bağışlayan detallara fikir verin. Yaxın gələcəklə bağlı qayğılar,
təlaş sizdə narahatlıq yarada bilər. Bütün diqqəti mühüm, aktual işlərə
yönəldin. Maraqlı təkliflər alsanız da, tələsməyin. Tələsik qərar
ziyanlıdır. Amma süst və astagəl də olmayın. Geciksəniz, bədxah və ya
rəqiblərdən biri sizi mütləq şəkildə qabaqlayacaq.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Problemlərin həllində orijinal olun. Yardım istəməkdən çəkinməyin.
Şir
- sənədlərlə iş və ya hesablamalarla müqayisədə ünsiyyət, təmaslar daha
xoş keçəcək. Dəqiq və səliqəli olun. Sayıq davranmağınız gərəkən yerdə
düşünülməmiş addımlar atsanız, çox ağır fəsadlarla qarşılaşa bilərsiniz.
Yaradıcı
yanaşma tələb edən işlərdə isə irəliləyişlər ola bilər. İntuisiya sizə
dürüst yolu göstərəcək. Təcrübəli insanların məsləhətlərinə qulaq asın.
Günün
ikinci yarısında səfər və ya səyahətə çıxmaq fikriniz varsa, bunun
düşündüyünüzdən artıq vaxt aparacağına hazır olun. Şəxsi münasibətlərdə
yaranmış problemin həlli ilə bağlı mühüm xəbər ala bilərsiniz.
Ehtiyatlı olun, düşünülməmiş addım atmayın.
Qız -
həyatınızda köklü dəyişikliklərə nail olmaq istəyirsiniz? Bu gün işə
başlayın. Situasiyanı dərindən hiss etməyə çalışın. Mövqeyinizi məntiqi
arqumentlərlə dəstəkləyə bilməsəniz də, irəliləyin, aktiv olun. Boş
dayanmayın. İntuisiyanız güclüdür. Az sonra baş verə biləcək hadisələri
qismən də olsa, təxminləməyə çalışın.
Günün ikinci yarısında orijinal ideyaları, maraqlı təklifləri olan insanlar sizə müraciət edəcəklər.
Səfər və səyahətlər üçün əlverişli zamandır. Yolda xoş təəssüratlarla qarşılaşa bilərsiniz.
Tərəzi -
yaxşı çalışa bilərsiniz. Peşəkar məsələlərin öhdəsindən gəlmək üçün var
gücünüzlə çalışın. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri
azdır. Sevdiyiniz insanla təmaslarda ciddi fikir ayrılığı və ya ixtilaf
yarana bilər. Güzəşt əldə etmək, ortaq məxrəcə gəlmək çətinləşir.
Günün
ikinci yarısında hadisələrə süni təkan verməyin. Az sonra yeni şərtlər
yaranacaq, yeni məlumat əldə edəcəksiniz. Sövdələşmə və ya razılaşmaya
nail olmaq mümkündür.
Alış-veriş üçün münasib vaxtdır.
Bədxərclik etməyin, pullarınızı ağılla xərcləyin. Uzaq perspektivlə
bağlı planlar qurmaq olar. Situasiyanı ciddi təhlil edin, durumun mənfi
və müsbət yönlərini dəyərləndirin.
Əqrəb
- şəxsi münasibətlərdə pozitiv dəyişikliklər ola bilər. Yaxınlarınızla
təmaslarda harmoniyaya can atın. Sevdiyiniz insanları anlamağa, onları
dinləməyə çalışın. İşlərinizdə ertələmə və ya təxirəsalmalara yol
verməyin.
Ev işləri, yaşam arealında yenilikliklər üçün əlverişli zamandır.
Kulinar eksperimentlər uğurlu olacaq.
Günün
ikinci yarısında fəaliyyətinizdə ciddi irəliləyişlər olmayacaq. Hətta
ən kiçik uğurlarınız belə yaxın ətrafınızdakı insanlardan birində hədsiz
paxıllığa səbəb olacaq. İşdə rəhbərliklə mübahisə etməyin.
Oxatan
- ehtiyatlı olun. Travmalar, zədələr riski var. İtkilər, xoşagəlməz
hadisələr istisna deyil. Təkbaşına çalışmaqdan, şübhəli işlərə, aşkar
avantüralara qoşulmaq ideyasından çəkinin.
Məhkəmə çəkişmələri, hüquqşünaslarla məsləhətləşmə, əmlak məsələlərinin həlli üçün əlverişsiz zamandır.
Günün
ikinci yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar əldə edə
bilərsiniz. Şəxsi münasibətlərdəki problemi həll etmək üçün özünüzə
kənardan baxın, davranışınızda dəyişikliklər edin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Oğlaq
- başqalarının problemlərini həll etmək üçün izafi səylər göstərməyin.
Öz çətinliklərinizin aradan qaldırılmasının yollarını düşünün. Çoxdan
bəri sizə qarşı məkrli planlar quran bədxahlardan birinin öhdəsindən
gələ bilərsiniz. Sürəkli mübarizə apardığınız insanı tərksilah edin.
Aktiv, enerjili, iradəli olun.
Günün ikinci yarısında rəqiblərinizi üstələməyin variantlarını hesablayın.
Dəvət olunduğunuz yerə qatılmaq üçün pis vaxt deyil. Maraqlı tanışlıq və yaddaqalan görüş sizi gözləyir.
Dolça -
yaşamınızı çətinləşdirməyin, həyatınızda əlavə problemlər yaratmayın.
Dəqiq və sərrast qərarlar göz qarşısındadır. Çətinliklərin həlli üçün
baş sındırmayın. Sadəcə, istədiyiniz variant seçin.
Qeyri-formal şəraitdə həmkarlarla görüş və müzakirə üçün münasib zamandır. Şaiyə və iddialardan faydalı məlumat əldə etmək olar.
Dəyər
verdiyiniz insandan günün ikinci yarısında maraqlı xəbər alacaqsınız.
Qəfil dəvət ola bilər. Sadə, səmimi, təvazökar davranın. Belədə
ətrafınızdakı insanların diqqətini cəlb edə bilərsiniz.
Balıqlar
- mürəkkəb, ziddiyyətli, qarışıq və gərgin gündür. Əhvalınız tez-tez
dəyişəcək. Hər şeyə rəğmən nikbin davranın, özünüzə əmin olun.
Bədbinliyə qapılmayın, ruhdan düşməyin.
Maraqlana biləcəyiniz işi tapmaq asan deyil.
Günün ikinci yarısında macəra, yaddaqalan istirahət istəyi yarana bilər. Fəqət bu arzular çin olmayacaq.
Axşam saatlarında gəzintiyə çıxın. Bir qədər fiziki iş pis olmaz.
Milli.Az