“Cahan” uşaq rəqs qrupunun 7 illik uğurlu fəaliyyətinin yekununu əks etdirən konsert
8.4.2014

Aprelin 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Cahan” uşaq rəqs qrupunun təntənəli konserti olmuşdur.

Rəqs qrupunun 7 illik uğurlu fəaliyyətinin yekununu əks etdirən konsertdə 5 yaşdan 14 yaşadək uşaqlar milli və dünya rəqs nümunələrini təqdim etmişlər.

Rəqs qrupu üzvlərinin ifaları alqışlarla qarşılanmışdır.

Müxtəlif yaş təbəqələrindən ibarət uşaq rəqs qrupu fəaliyyət göstərdiyi 7 il ərzində Türkiyənin bir çox şəhərlərində və İran İslam Respublikasında keçirilən uşaq festivallarında ölkəmizi müvəffəqiyyətlə təmsil edərək müxtəlif diplom və mükafatlara layiq görülmüşdür.

AzərTAc