Moskvada ikinci Rusiya bığ-saqqal çempionatı keçirilib.
Tədbir saqqallılar günü münasibətilə keçirilib.
Hamar üz indi dəbdə deyil. Saqqal saxlamaq isə yenə trend olub. Saqqal saxlamağın populyarlığının müxtəlif səbəbləri - sərt iqlim, aprel ayı olmasına baxmayaraq, demək olar hər gün qar yağması və s. ola bilər. Saqqal hər zaman insan haqqında məlumat verib. O, yetkinlik, cəsarət, müdriklik rəmzi olmaqla yanaşı, sosial statusun da simvolu olub. Tarixən bununla kəndlini asanlıqla tacirdən, yaxud aristokratdan ayırmaq mümkün idi.
Moskvada artıq ikinci ildir ki, bu yarış keçirilir. Çempionatda saqqallı ailələr, hətta, qadınlar da iştirak edib. Təbii ki, onlar daha çox “feyk” - süni saqqal bölməsində aid idi. Əsl saqqallara gəlincə jüri daha çox onun forması, uzunluğu və həcminə fikir verirdi.
Nəticədə yenə də klassik formalar qalib gəldi.




Gün.Az