“Eurovision-2012” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlanıb
29.2.2012

Fevralın 29-dan biletlərin satışına başlanır

May ayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin biletləri satış qiymətləri açıqlanıb.
GoMap-ın “Eurovision-2012” müsabiqəsinin rəsmi eurovision.az saytına istinadən verdiyi məlumata görə, şounun biletləri fevralın 29-u saat 15.00-dan etibarən eurovision.tv saytında online sistemdə satışda olacaq. Fevralın 29-dan yalnız mayın 22-də keçiriləcək birinci yarımfinal və onun əsas məşqinin biletləri satışda olacaq.
İkinci yarımfinal və onun əsas məşqinin biletləri martın 5-dən, jüri finalının (əsas məşq) biletləri martın 12-dən, finalın biletləri isə martın 15-dən satışda olacaq.
Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala biləcək.
Qeyd edək ki, satışa 6 şounun biletləri çıxarılacaq. Bunlar mayın 22-də keçiriləcək birinci yarımfinal və birinci yarımfinalın sonuncu əsas məşqi, mayın 24-də keçiriləcək ikinci yarımfinal və onun əsas məşqi, mayın 26-dakı final və jüri finalın biletləri olacaq.
May ayında keçiriləcək Eurovision” Mahnı Müsabiqəsinin biletlərinin qiyməti yerindən asılı olaraq belədir:
Birinci yarımfinalın əsas məşqi - 21 may saat 00.00 - 30 AZN-50 AZN
Birinci yarımfinal (canlı şou) 22 may saat 00.00 - 90 AZN-150 AZN
İkinci yarımfinalın əsas məşqi - 23 may saat 00.00 - 30 AZN-50 AZN
İkinci yarımfinal (canlı şou) - 24 may saat 00.00 - 90 AZN-150AZN
Jüri finalı 25 may saat 00.00 - 60 AZN-100 AZN
Final (canlı şou) - 26 may saat 00.00 - 160 AZN-240 AZN