Günəş enerjisi ilə işləyən yeni “TAG Heuer” telefonları
8.4.2014

İsveçrənin saat brendi “TAG Heuer”in öz alıcılarını təəccübləndirməsi artıq adət halını alıb.

“Meridiist Infinite” mobil telefonlarını təqdim edib.

Sözügedən telefonlar “Wysips” adlı günəş batareyası ilə işləyir.

Şəffaf panel LSD-displeyi ilə korpusun üz tərəfindəki qoruyucu örtük arasında yerləşdirilib.

İstehsalçının qeyd etdiyinə görə, enerji ehtiyatının doldurulma prosesi telefon açıq havaya, ən yaxşı halda isə Günəş işığı altına çıxarılan kimi start götürür.

“TAG Heuer Meridiist Infinite” qiyməti 7000 dollardır.

Gün.Az