Azərbaycanlı şairə ilə türkiyəli müğənninin toyu oldu – Video
8.4.2014

Azərbaycanda yaradıcılıqla məşğul olan türkiyəli musiqiçi Hakan Erolla şairə Leyli İsrafilovanın toyu olub.
Cütlüyün toyu ötən gün “Ay işığı” şadlıq sarayında olub.

Mərasimdə yerli şou-biznesin bir çox nümayəndələri iştirak edib.

Olduqca şən keçən toyda müğənnilər səbəbkarları təbrik edərək, canlı musiqi oxuyublar.

Qeyd edək ki, cütlüyün rəsmi nikah mərasimi bu il yanvarın 21-də baş tutmuşdu. Nikah mərasimində L.İsrafilovanın şahidi millət vəkili Qənirə Paşayeva, H.Erolun şahidi isə türkiyəli iş adamı Ayper Altan olmuşdu.

Toy mərasimindən olan fotoları oxuculara təqdim edirik.
Video

gun.az