Xalq Artisti Mustafa Mərdanovun xatirəsi anılacaqdır
9.4.2014

Aprelin 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq Artisti Mustafa Mərdanovun anadan olmasının 120 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcəkdir.

Teatrın mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə sənətkarın həyat və yaradıcılığından, bənzərsiz obrazlar qalereyasından söz açılacaq, onunla bağlı xatirələr söyləniləcəkdir.

Yubiley gecəsində, həmçinin aktyorun teatr və kino fəaliyyətini əks etdirən videoçarx, eləcə də onun iştirak etdiyi tamaşalardan və filmlərdən parçalar nümayiş olunacaqdır.

AzərTAc