Aprelin 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Milli Məclisin deputatı Sevinc Hüseynovanın “Verner fon Simens. Qafqaz səyahətləri” kitabının təqdimatı keçirilmişdir.
Təqdimat mərasimində institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov kitab haqqında geniş məlumat vermişdir.
Digər çıxış edənlər də kitabın məziyyətlərindən danışmış, müəllifə uğurlar arzulamışlar.
Tədbirdə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri xanım Haydrun Tempelin məruzəsi dinlənilmişdir.
AzərTAc