Qoç - Biznesdə çətinlikləriniz ola bilər. Yeni düşmənləriniz peyda ola, yaxud da köhnələr meydana çıxa bilərlər. Vaxtında qüvvə toplayıb, hətta sizə güclü təzyiq göstərsələr belə, geri çəkilməmək lazımdır. Amma eyni zamanda, bütün hərəkətlərinizin qanuni olmasına da diqqət edin: istənilən qanun pozğunluğu ciddi surətdə cəzalandırılacaq.
Emosional fon sabit deyil, əhvalınız tez-tez dəyişir. Ancaq ruhdan düşmür, həmişəki həyatsevərliyinizi az da olsa, qorumağa çalışırsınız. Yaxınlarınız bu işdə sizə kömək etməyə hazırdırlar.
Buğa - İstənilən danışıqlar bu gün rahat keçir. Heç sevmədiyiniz insanlarla ünsiyyət, nə qədər qəribə olsa da, adəti üzrə olduğu kimi xoşagəlməz deyil, əksinə, faydalıdır. Yaradıcı planlarınızı həyata keçirməyə başlaya bilərsiniz. Təhsil alanları humanitar fənlər üzrə böyük uğurlar gözləyir.
Yaxınlarınız sizin ardınızca çatdırmırlar, artıq həll edilmiş saydığınız məsələlərə dəfələrlə qayıtmalı olursunuz. Bir çox Buğaları bu, həddən artıq qıcıqlandıracaq. Şəxsi münasibətlərdə bundan savayı problem yaşamayacaqsınız. Uşaqlarla da asan dil tapacaqsınız.
Əkizlər - Çox mürəkkəb gündür. Əhvalınız tez-tez dəyişir, çaşqınlıq, özünə inamsızlıq, ruh düşkünlüyü «tutmalarınız» ola bilər. Yaxın günlərdə başladığınız işləri nə vaxtsa sona yetirəcəyinizə artıq şübhə edirsiniz. Tamahkarlığından şübhəniz olmayan birisinə ağız açmaq istəyiniz güclü olacaq. Belə birinin xidmətləri üçün xeyli pul ödəməli olacaqsınız.
Ezoteriya və parapsixologiyaya marağınız artır. Bir çox Əkizlər məqsədlərinə çatmaq üçün magiyadan istifadə etməyə çalışacaqlar. Ancaq yeri gəlmişkən, belə üsulların sizə heç bir xeyri yoxdur. İşləri ağılla götür-qoy etsəniz, daha doğru çıxış yolunu taparsınız.
Xərçəng - Elə də məhsuldar gün deyil. İstirahət və əyləncə sizdə işləməkdən daha yaxşı alınır. Bütün işləri ataraq, əldə etdiyiniz razılaşmaları pozaraq bütün vaxtınızı və pullarınızı yalnız öz arzularınızı həyata keçirmək üçün sərf etmək istəyirsiniz. Bu isə itkilərə və problemlərə yol açacaq. Yaxşı olar ki, təhlükəli həvəslərinizdən imtina edəsiniz.
Bir çox Xərçənglər başgicəlləndirici, ehtiras və parlaq təəssüratlarla dolu eşqə düşəcəklər. Amma bu münasibətlərdə oyun əsl hisslərdən daha çoxdur.
Şir - Emosional fon yaxşı deyil, bu isə həyatın bütün sferalarında özünü göstərir. İşləmək istəmirsiniz, günün çox hissəsini işinizi həvalə etməyə münasib adam axtarışına həsr edəcəksiniz. Rəhbərliklə fikir ayrılığı mümkündür. Bir çox Şirlər hətta öz iş yerlərini itirə biləcəklərini bilə-bilə öz hüquqlarını (həm həqiqi, həm də mövcud olmayan) qorumağa hazırdırlar.
Yaxınlarınızdan dəstək gözləyə bilərsiniz. Amma onlar sizi anlamalı, sizə nə lazım olduğunu bilməlidirlər. Bütün anlaşılmazlıqların kəskinləşmə ehtimalı güclüdür, odur ki, münaqişələrdən yaxa qurtarmaq asan olmayacaq.
Qız - Daxili təzadlarınızı, istək və məqsədlərinizi ayırd etməyə çalışın - mənəvi tarazlığı əldə etmək sizin üçün çox çətindir. Və əgər bunun ətrafınızdakılarla münasibətlərinizə təsiri olmadığını düşünürsünüzsə, çox yanılırsınız. Bu gün sizinlə yola getmək həddən artıq çətindir, əgər kimsə buna nail olubsa, deməli, çox çalışıb.
Gözlənilməz «kəşflər» mümkündür, uzaqlardan vacib xəbərlər ala bilərsiniz, ondan istifadə etməyə və kiminləsə bölüşməyə çalışmayın: onu nə qədər gizlin saxlasanız, bir o qədər qiymətli olacaq.
Tərəzi - Günün birinci yarısı çox çətindir. Diqqətinizi cəmləyərək yaranan şəraiti qiymətləndirmək alınmır. Əhəmiyyətsiz məsələlər sizi qıcıqlandırır, səbəbi də odur ki, bu xırda problemlər daha vacib işlərə köklənməyinizə mane olur. Məhz əvvəlcə həmin xırdalıqları həll edib, sonra vacib olana keçməyi anlayanda vəziyyət yaxşıya doğru dəyişəcək.
Günün ikinci yarısı isə xoş sürprizlərə sevinəcəksiniz. Əhvalınız yaxşılaşacaq, işdə və evdə mövcüd olan bəzi problemlərinizi həll edə biləcəksiniz. İstirahətlə bağlı maraqlı ideyalarınız yaranacaq.
Əqrəb - Maliyyə sahəsində həddən artıq diqqətli olmalısınız. Macəralara baş qoşmayın, şübhəli sövdələşmələrdən imtina edin, öz işlərinizdə tam səliqə-sahman yaradın. Elmi işlərdə uğurlarınız mümkündür. Bir çox Əqrəblər üçün həmkarları və həmfikirləri ilə müzakirələr faydalı olacaq. Nüfuzlu insanların köməyinə bel bağlamağa dəyməz.
Müsbət məqamlar da var. Bunlardan ən vacibi - yaxınlarınızla mübahisələrə, bütün anlaşılmazlıqlara son qoymaq imkanıdır. Düşündüyünüzü deməkdən çəkinməyin. Bu gün sizi düzgün başa düşürlər.
Oxatan - Bir çox cəhətdən mürəkkəb gündür, ancaq daha ciddi problemlər yaxınlarınızla ünsiyyətdə yaranır. Yeganə istisna sevdiyiniz şəxsdir: hər halda onunla mübahisə etmirsiniz. Heç yola getmədiyiniz insanlarla iş görməli olursunuz və bu zaman hisslərinizi gizlətmək çətin olur. Bir qədər nəzakətli olsanız, münaqişədən qaça bilərsiniz, amma təəssüf ki, bu gün nəzakətli olmaq istəmirsiniz.
Əgər təkbaşına çalışsanız, işiniz məhsuldar, bəzən isə hətta xoş olacaq. İşinizi tərəfdaşlarınız və həmfikirlərinizlə bölüşmək istəyiniz isə boş danışıqlardan başqa bir nəticə verməyəcək.
Oğlaq - Ağlınıza maraqlı ideyalar gələcək və siz onları möhtəşəm hesab edəcəksiniz. Xüsusilə də səhər çağı beyniniz belə ideyalarla «qaynayacaq». Amma bunları həyata keçirməyə çalışmayın. Yaxşıca götür-qoy edin, ideyalarnızı reallıqla tutuşdurun, o zaman görəcəksiniz ki, bir çox detalları nəzərə almamısınız. Günün ortasında yaxşıca qazanmaq və ya gəlirli sövdələşmə əldə etmək imkanınız olacaq, bu şansı əldən verməyin.
Günün ikinci yarısı daha yaxşı keçəcək. O, həm işgüzar danışıqlar, həm də romantik görüşlər üçün uyğundur. Uşaqlarla ünsiyyət sizi sevindirəcək.
Dolça - Biznes baxımından əla gündür. İşgüzar aktivliyniz yüksəkdir, müxtəlif və çoxsaylı məsələləri həll etmək iqtidarındasınız və bu zaman yorulmayacaqsınız. Sizə çoxdan əməkdaşlıq təklif edən bir insanla fikir ayrılıqlarını aradan qaldıra bilərsiniz: və nəhayət ki, doğrudan da, qarşılıqlı sərfəli şərtlərə nail ola bilərsiniz.
Şəxsi münasibətləriniz ahəngdardır. Yaxınlarınızın sizi düzgün anlamamaları və yaxud sizdən incimələri kimi bir sıxıntınız olmayacaq. Əgər ünsiyyət dairənizi genişləndirmək istəyirsinizsə, günün ikinci yarısı ziyafətlərdə, kütləvi tədbirlərdə iştirak etməyə çalışın: orada sizi maraqlı tanışlıqlar gözləyir.
Balıqlar - Bu gün problemlər gözlədiyinizdən daha asan həll olunur. Xeyli xoş sürprizlə qarşılaşacaqsınız. Həm işgüzar, həm də romantik xarakterli maraqlı tanışlıqlar mümkündür. İntuisiyanız çox güclüdür, onun sayəsində hamını çaşqınlıqda saxlayan bir çox hadisənin məğzini anlaya biləcəksiniz.
Günün ikinci yarısı diqqətli olun: məhz bu zaman həyatınızı istəməyərəkdən, yaxud qəsdən çətinləşdirməyə qadir bir insanla rastlaşacaqsınız. Bu zaman sənəd imzalamalı olsanız, həddən artıq ehtiyatlı tərpənməyiniz vacibdir.
Milli.Az