Bakıda 9 aprel tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu növbəti “Respublika Dədə Qorqud günü” keçirəcək.
AMEA-nın mətbuat xidmərindən verilən xəbərə görə, ənənəvi olaraq hər il Folklor İnstitutu bu tədbiri keçirir.
Sözügedən tədbir ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında 20 aprel 1997-ci il tarixli fərmanından sonra ənənəvi olaraq Folklor İnstitutunda qeyd olunur. Tədbirə respublikamızdan, eləcə də başqa ölkələrdən müxtəlif qonaqlar qatılır.
Sözügedən tədbirdə türk tarixinin monumental abidəsi olan “Dədə Qorqud kitabı”nın poetika, mətnşünaslıq, ideya-məzmun problemlərinə dair müxtəlif elmi məruzələr və dastandan örnəklər söylənir.
Gün.Az