Bu il 300 yeni dövlət standartının qəbulu nəzərdə tutulur
9.4.2014

Bu il 300 yeni dövlət standartı qəbul olunacaq.

Bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metereologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Komitə sədri xatırladıb ki, 2014-cü ilin ölkə prezidenti tərəfindən Sənaye ili elan olunması ilə bağlı dövlət proqramı hazırlanıb, proqramda bizim komitəsnin də üzərinə bir sıra vəzifələr qoyulub.

“Artıq bəzi işlər görülüb. Sumqayıt Sənaye Parkının bazasında müvafiq komitə yaradılıb. Bir sıra sahələrdə də işlərimizi davam etdiririk. Yeni standartların qəbuluna gəlincə bu il müxtəlif sahələr üzrə təxminən 300 yeni dövlət standartının qəbulu və tətbiqi nəzərdə tutulur”, - deyə, komitə sədri qeyd edib.

Gün.Az