Qadınlar ən yüksək gözəllik həddinə 31 yaşında çatır.
Bunu İngiltərədə 2 min kişi və qadının sorğusu nəticəsində aparılan sosioloji tədqiqatlar sübut edib.
Sorğu sübut edib ki, “30 yaşın üzərində” olan qadınlar çox zaman gözəl cinsin gənc nümayəndələrindən daha cazibədar olur. Tədqiqatçıların fikrincə, bunun bir səbəbi də gözəllik anlaşına xarici görünüşlə yanaşı ağıl, xarakter, özünü doğru təqdim edə bilmək bacarığının olmasıdır. 70 faiz respondentlər belə hesab edir ki, qadının gözəlliyi özünə güvəni ilə, 46 faizinin fikrincə isə özünəməxsus üslubunun olması ilə əlaqədardır.
Maraqlıdır ki, sorğuda iştirak edənlərin 65 faizini etiraf edib ki, yaşa dolduqca ətrafdakıların onların geyimi haqqında nə düşündüyünə daha az diqqət edir. Çünki xarici görünüşünə doğru qulluq etməyi bilirlər və özlərinə güvənirlər.
Gün.Az