Kəndi nəhəng güzgü işıqlandırır - FOTO
29.2.2012

İtaliyanın Turin şəhərindən təxminən 120 kilometr şimal-şərqdə Viqanella kəndi yerləşir.
Kənd İsveçrə ilə sərhədin yaxınlığında, dağlar arasındakı vadidədir.
Hər il noyabrın 11-dən fevralın 2-dək kəndə gün işığı düşmür. Bu isə mer Pyerfranko Midalini narahat edir.
Mer çıxış yolu tapıb. O, dağ zirvəsində nəhəng güzgü quraşdırıb və o güzgü də Günəş işığını əks etdirərək vadiyə, daha doğrusu, kəndə salır. Günəş hərəkətdə, güzgü isə hərəkətsiz olduğundan, nəhəng güzgüyə mühərrik də qoyulub.