Qoç - məsrəflərin çox olacağı bir gündür. Pulları
asanlıqla, düşünmədən xərcləsəniz, risklərlə qarşılaşa bilərsiniz.
İşlərin öhdəsindən pis gəlmirsiniz. Yaxın ətrafınızdakı insanlar
uğurlarınızı görmək istəmirlər. Durum sizdə inciklik və ya bədbinlik
yaratmasın. Düşünülməmiş addımlar atmayın, spontan qərarlar verməyin.
Təmkinlə davransanız, diqqəti cəlb edəcəksiniz.
Günün ikinci
yarısında şəxsi münasibətlərdə irəliləyiş olacaq. İntuisiyanız güclüdür.
O, sizi çətinliklərdən keçirir. Situasiyaya müqavimət göstərməyin. Xoş
və dəyərli hədiyyə ala bilərsiniz.
Buğa
- yaşam enerjisinin çatışmazlığından şikayətlənməyə haqqınız yoxdur.
Bir çox işlər görə bilərsiniz. Çox mürəkkəb sifariş və ya tapşırığı
yerinə yetirəcəksiniz.
Günün ikinci yarısı görüş, sizin üçün
mürəkkəb mövzunun müzakirəsi üçün əlverişli zamandır. Problemlər
çözümünü tapır. Yeni imkanlar yaranır.
Kommersiya fəaliyyəti
düşərli olacaq. Gəlir əldə edəcəksiniz. Pulları yalnız öz biznesinizə,
işlərinizə yatırın. İşgüzar mövzuda başlanan görüşdə sonradan romantik
hisslər yaşana bilər.
Əkizlər -
çətin, qarışıq gündür. İndiyədək asan və sadə hesab etdiyiniz işlər
ehtimal etdiyinizdən də mürəkkəb və hətta təhlükəli səciyyə alır.
İtkiləri minimallaşdırmağın yollarını tapın. Dürüst yolu seçin. Bu və
digər qərarı niyə qəbul etdiyinizi izah etmək üçün çox vaxt itirməyin.
Günün
ikinci yarısında uzaq tanışlardan biri sizinlə maraqlanacaq. Yeni
tanışlıqlar, romantik münasibətlər üçün əlverişli zamandır.
Axşam saatlarına yaxın aktivliyinizi bir qədər azaldın. Ailənizə vaxt ayırın.
Xərçəng
- bütün işlərin öhdəsindən gələ bilməməyinizlə barışın. Güclü, nüfuzlu,
hiyləgər rəqibləriniz var. Yetərincə yorucu olsa da, işləri tamamlayın.
Geri çəkilməyin. Rəqabət maraqlı ola bilər. Qarşınızda duran
problemlərin çətinliyi sizin qəbul etmək məcburiyyətində qaldığınız
çağırışdır.
Günün ikinci yarısında şəxsi münasibətlərdə
müsbət təmayüllərin təsiri güclənəcək. Yeni tanışlıq, hisslərin etirafı,
romantik görüş üçün əlverişli vaxtdır.
Axşam saatlarında sizi xoş sürprizlər gözləyir.
Şir -
uğursuz gün ola bilər. Ən xırda, mənasız məsələlərə görə yaxınlarınızla
qarşıdurmalar, münaqişələr yaranır. Ehtiyac yaransa da, güzəştə meylli
deyilsiniz.
Belə davransanız, problemlərinizin sayı sürətlə
artacaq. Sakitləşin, effektiv yolu seçin. Həddən ağır fiziki iş məsləhət
deyil. Yorğunluq sizdə stressi daha da artıra bilər.
Günün
ikinci yarısında sevdiyiniz insanla ünsiyyətdə diqqətli olun.
Münasibətlərin sərinləşməsinə yol verməyin. Səfərə yollanmaq məsləhət
deyil. Yolda təxminlədiyinizdən də çox vaxt keçirəcəksiniz. Sonuc isə
sizi qane etməyəcək.
Qız -
əvvəlki günlərdən fərqli olaraq işgüzar fəallıq səviyyəsi bir qədər
aşağıdır. Süst olmayın, tənbəllik etməyin. Asta, aramla çalışaraq
məhsuldarlığı azaltmayın. İşdə rəhbərlik və həmkarlar sizinlə danışmaq
istəyirlər. Tərəfdaşla durumu müzakirə edin. Aqressiv və qıcıqlı
olmayın.
Münaqişə yaratmayın. Mübahisə olarsa, durum təhlükəli vəziyyətə düşənə qədər problemi həll edin.
Günün
ikinci yarısında məqsədə çatmaq üçün aşkar vasitələr seçib transparet
hərəkət formasını seçməyin. Hədəfə dolayı yollar aparır. Fəndgir olun,
effektiv işləməyə can atın.
Tərəzi
- istənilən formada riskdən uzaq durun. Dürüst davranın. Ehtiyatlı və
sayıq olmaq bu gün ən yaxşı yardımçılarınızdır. Saatlar keçəndən sonra
yaxşı ideya yaranacaq. Həmin ideyanı dərhal reallaşdırmağa başlayın.
Ötənlərdə yaşanmış hadisələri bir daha xatırlayın. Özünüzlə yanaşı,
yanınızdakı insanları da heyrətləndirəcək nəticəni görəcəksiniz.
Günün
ikinci yarısında yaxınlarınızla tam qarşılıqlı anlaşmaya nail olmağa
çalışın. Ümumi maliyyə vəsaiti və əmlakın idarə olunması ilə bağlı
məsələni həll etmək, habelə uzunmüddətli planlaşdırma üçün münasib
zamandır.
Əqrəb - müstəqilliyə
can atırsınız. Fərdiliyiniz və təkrarolunmazlığınızı bir daha göstərmək
üçün ümumi "oyun qaydaları"nı pozmayın. Yaxın ətrafınızdakı insanlarla
dil tapmaq asan deyil. Müttəfiq olmasa, işlər çətinləşəcək. Belə adam
sizi bütün çətin işlərdə dəstəkləyə bilər.
Günün ikinci
yarısında sərt danışmayın, aqressiv danışmayın, münaqişəyə səbəbkar
olmayın. Sevdiyiniz insanla təmaslarda sakit olun, qarşı tərəfi anlamağa
çalışın.
Aqressiyaya meylli davranmayın.
Oxatan
- işləmək üçün əla gündür. Yorucu, usandırıcı, mürəkkəb, xüsusi bilik
və bacarıq tələb edən işlərin öhdəsindən gələcəksiniz. Diqqətinizi əsas
məqama yönəldərək ikinci dərəcəli, o qədər də əhəmiyyətli olmayan
məsələləri kölgədə saxlayın. Kiçik işləri etibar etdiyiniz insanlara
həvalə edərək, gerçəkdən də, mühüm sifariş və ya layihənin icrası ilə
məşğul olun.
Özünüzü həddən ziyadə yormayın. Yorğunluq səhvlərə yol açır.
Günün
ikinci yarısında yaxınlarınız sizi anlamayacaqlar. Əvvəlki günlərdən
fərqli olaraq daha geniş izahata, bəlkə də özünüzə haqq qazandırmağa
zərurət yarana bilər. Travma riski artır. Sükan arxasında, kəsici
alətlərlə iş zamanı ehtiyatlı olun.
Oğlaq
- yaxın ətrafdakı insanlarla anlaşmaq, dil tapmaq çətinləşir. Bu
yaxınlaradək birgə çalışdığınız insanlardan biri ilə münasibətlərdə
problemlər yaranacaq. Sevdiyiniz insanlara kəskin iradlar bildirsəniz,
mübahisə və hətta münaqişə qaçılmazdır.
Günün ikinci
yarısında maliyyə itkisi, bahalı əşyanın sınması, əmlaka zərər dəyməsi
riski var. Maddi yardım üçün dosta müraciət etmək məcburiyyətində qala
bilərsiniz.
Planlaşdırılmamış səfər uğursuz alınacaq. Səhhətinizə fikir verin.
Dolça
- yaxın qohumlardan biri ilk baxışdan xoşagəlməz təsir bağışlayacaq
sürpriz edə bilər. Emosiyalarınıza hakim olun. Qıcıqlanmayın,
sinirlənməyin. Əks təqdirdə münaqişə yarana bilər. Situasiyanı təmkinli
və sakit şəkildə təhlil edin. Anlayacaqsınız ki, hər şey o qədər də pis
deyil. Olayların əlverişsiz axarından faydalanmağa çalışın.
Günün
ikinci yarısında maliyyə və əmlakla bağlı asan olmayan, müstəqil qərar
verməli olacaqsınız. Ehtiyatlı və diqqətli olun. Tələsməyin. Səhv etmək
istəmirsinizsə, kimsənin sizə təzyiq göstərməsinə imkan verməyin.
Balıqlar
- yetərincə uğurlu gündür. Müsbət təmayüllərin təsiri şəxsi
münasibətlərdə daha çox olacaq. Yaxın ətrafınızdakı insanlarla
münasibətlərin normal məcradan çıxmasına imkan verməyin. Bir çox
problemlərin öhdəsindən gələ bilərsiniz. Yaşamınıza əhəmiyyətli təsir
göstərəcək yeni münasibət, yeni əlaqə istisna deyil. Hisslərinizi etiraf
edin.
Matrimonial təklif etmək olar.
Günün ikinci
yarısında işgüzar fəaliyyətin bir qədər azalması istisna deyil. Vəzifə
səlahiyyətlərinin icrası, tapşırıqların yerinə yetirilməsi, sifariş
olunmuş işin görülməsi sizi usandıra bilər.
Məsuliyyətli və ciddi olun, işi yarımçıq qoymayın.
Axşam saatlarında gəzintiyə çıxın.
Milli.Az