Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məqalə müsabiqəsi elan edib
10.4.2014

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Heydər Əliyevin xatirəsinə həsr olunan “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edib.

Müsabiqədə yaşı 35-ə qədər olan gənc jurnalistlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər aprelin 30-dək məqalələrini və özləri haqqında məlumatı gender221@yahoo.com elektron ünvanına göndərə bilərlər.

Müsabiqəyə təqdim olunacaq məqalələr Arial şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır. Müsabiqənin qalibləri mükafatlandırılacaq.

Gün.Az