Bakının Atatürk prospekti, 47 ünvanında yerləşən yerüstü piyada keçidinin tikintisi tamamlanmaq üzrədir.
Bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun
sözlərinə görə, keçidin uzunluğu 80 m, eni 3,5 m, hündürlüyü 6,5 m
olacaq. Keçiddə hər tərəfdə ikisi olmaqla 4 eskalator quraşdırılacaq.
P.Mürsəliyev
qeyd edib ki, artıq keçiddə işlərin 90%-i yerinə yetirilib: "Hazırda
tavanın və elektrik sisteminin quraşdırılması işləri gedir. Bundan sonra
döşəmə yanmış qranitlə üzlənəcək. Ondan sonra ətraf ərazi
abadlaşdırılacaq. Çalışırıq ki, piyada keçidini may ayının sonu, iyun
ayının əvvəllərində istifadəyə verək".


Milli.Az