Azərbaycan ərazisində sabahdan hava soyuyacaq, bəzi yerlərdə qar yağacaq
29.2.2012

Bakı və Abşeron yarımadasında martın 1-də havanın əsasən səhər və axşam az yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, mülayim şimal küləyi əsəcək gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-4, günün birinci yarısında 6 dərəcəyədək isti, axşama doğru isə 2 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Martın 1-dən 2-nə keçən gecə az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Martın 2-də mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2, gündüz 3-6 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 1-də arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.
Martın 2-də bölgələrdə havanın əsasən səhər və axşam saatlarında yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

                                                                                                                                       APA