Mətbəx sirləri: Portağallı qraten
11.4.2014

Portağallı qratenin hazırlanma qaydasını sizə təqdim edirik.

Tərkibi:

2 portağal
6 yumurtanın sarısı
300 ml qaymaq
30 q şəkər tozu
2 x.q. qarğıdalı nişastası
4 ç.q. qəhvəyi şəkər tozu

Sobanı 210 dərəcə C qızdırın.

Qaymağı qızdırın, qaynara düşəndə ocaqdan götürün. Yumurta sarılarını şəkər tozu və nişasta ilə çalın. Qarışdırmağı dayandırmadan qaymağın 1/3-ni əlavə edin. Bu qarışığı qaymağa əlavə edib yenidən ocağın üstünə qoyun. Daim qarışdıraraq qatılaşanadək bişirin. Kənara qoyub qapağını örtün.

Portağalın qabığını soyun (ağ hissəsini də). Nazik dilimlərə doğrayın, şirəsini atmayın.

Portağal şirəsini kremə əlavə edin. Kremi qablara yığın, üzərinə portağal dilimləri düzün, nazik qat qəhvəyi şəkər tozu səpin.

Sobada təxminən 10 dəqiqə bişirin.

Süfrəyə isti və ya soyuq verə bilərsiniz.

Nuş olsun!

Milli.Az