Uşağınız 6-10 arası yaşdadır və gözəl şəkil çəkir? O zaman sizə
Safeguard antibakterial sabun markasının təşkil etdiyi uşaq rəsm
müsabiqəsinə tələsmək lazımdır. Müsabiqədə iştirak etmək üçün uşaq "Ana,
məni mikroblardan qoru!" mövzusunda şəkil çəkməlidir. Rəsmlərin qəbulu
20 aprel 2014-cü ilədək həyata keçiriləcəkdir. İştirak etmək istəyən hər
bir şəxs öz uşağının rəsmini 15:00-dan 21:00-a qədər Park Bulvar
alış-veriş mərkəzinin 3-cü mərtəbəsində (kafe və restoranların
yaxınlığında) Safeguard nümayəndələrinə təqdim etməlidir. Qiymətləndirmə
iki yaş qrupu (6-8 yaş və 9-10 yaş) üzrə həyata keçiriləcəkdir və
nəticədə hər bir yaş qrupundan bir qalib seçiləcəkdir. Hər bir qalib 500
manat dəyərindəki üç hədiyyədən birini seçmək hüququna malikdir:
velosiped, planşet və ya videokamera.
26 aprel 2014-cü il
saat 18:00-da isə Park Bulvar alış-veriş mərkəzində "Təmiz əl" uşaq
bayramı keçiriləcəkdir və hər yaş qrupundan uşaqlar və onların
valideynləri həmin tədbirə dəvətlidirlər. Burada sizin uşağınız, həm
əllərin yuyulması qaydaları haqqında öyrənə və onun əhəmiyyətini dərk
edə, həm də həmyaşıdları arasında şən vaxt keçirə bilər. Ən maraqlısı
isə - Safeguard nümayəndələrin sürprizidir. Tədbirdə "ən uzun təmiz əl
zənciri" təşkil olunması nəzərdə tutulmuşdur. Əllərini Safeguard
antibakterial sabunu ilə yumuş bütün uşaqlar əl-ələ tutaraq yallı
gedəcəklər. Beləliklə, valideynlər mikrobların əldən-ələ ötürülməsinə
görə narahat qalmayacaqlar.
Procter & Gamble (P&G) haqqında
P&G
öz brendləri ilə dünyada təqribən 4.8 milyard insana xidmət göstərir.
Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®,
Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Duracell®, Wella®, Gillette®,
Camay®, Safeguard®, Lenor®, Ace®, Dreft®, Wash & Go®, Discreet®,
Comet®, Londacolor® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən
ibarət ən güclü məhsul çeşidlərinə sahibdir. P&G icması dünyanın
təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun
brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün
www.pg.com saytına baş çəkin.
Milli.az