Bank BTB yeni "MobilBank" xidmətini təqdim edir
11.4.2014

İndi smartfonlar yalnız telefon kimi istifadə edilmir. Müasir insanın atributlarından biri kimi, smartfonlar son yeniliklər barədə məlumatlı olmaq və dəyərli zamanın qənaət edilməsi imkanını yaradır. Məhz buna görə də Bank BTB “MobilBank” xidmətini aktivləşdirdi.

Bu Xidmət, dünyanın istənilən nöqtəsindən müştərilərə uyğun zamanda kart hesablarını idarə etmək və əməliyyatlar həyata keçirmək imkanını verir. Balans və hesabdan çıxarışın yoxlanılması ilə yanaşı Card to Card (bir kartdan digər karta köçürmə), vəsaitlərin göndərilməsi və onların ATM-dən kart olmadan verilməsi imkanını yaradan Cash by Code, həmçinin kommunal, internet və mobil rabitə ödənişlərini “MobilBank” xidməti vasitəsi ilə həyata keçirmək mümkündür.
“MobilBank” xidmətinə qoşulmaq üçün banka müraciət etməyə ehtiyac yoxdur, sadəcə ATM-dən müvafiq şifrələri əldə etmək və proqramı telefona yükləmək kifayət edir. Proqramı PlayMarket, BlackBerry World və AppStore onlayn mağazalarından pulsuz əldə etmək olar.

ATM-dən parolları əldə etmək üçün menyuda “Xidmətlər” və sonra “MobilBank qeydiyyatı” bölmələrini seçmək lazımdır. Bundan sonra seriya nömrəsi və dörd şifrə yazılan qəbz çap olunacaq. Bunlar “MobilBank” proqramına daxil olunaraq təhlükəsizlik şifrəsi (PIN kod) müəyyən edilməlidir. Bu şifrə (PIN kod) plastik kartın PIN kodu ilə eyni olmamalı və yalnız bu proqram üçün istifadə olunmalıdır.

Milli.az