Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində yeni sektor yaradılıb
11.4.2014

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin tərkibində Gənclər təşkilatları ilə iş sektoru yaradılıb.

Hazırda Azərbaycanda 300-dək gənclər təşkilatı fəaliyyət göstərir.

Yeni yaradılmış sektor həmin təşkilatlarla əlaqələrin inkişaf etdirilməsini, bu qurumlarla iş aparan dövlət orqanlarının və qurumlar fəaliyyətinin əlaqələndirilməsini təmin edəcək.

APA