Bu il sentyabrın 6-7-də Bakıda “İpək Yolunun zövqü” mövzusunda beynəlxalq tədbir keçiriləcək. Bu barədə BMT-nin Beynəlxalq Turizm Təşkilatının (UNWTO) saytında məlumat yerləşdirilib.
Tədbir “İpək Yolu” üzrə bu ilin martında Berlində keçiriləcək nazirlər sammiti çərçivəsində təqdim olunacaq proqramın davamı olacaq. “İpək Yolu” üzrə 2012-2013-cü illərin Fəaliyyət Planı turizm marşrutlarının inkişafının vacibliyinə diqqət yönəldəcək.
Tədbirin təşkilatçıları UNWTO və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyidir.