Azərbaycanda televiziya bağlanıb
11.4.2014

“Yurd” TV İnternet televiziyası fəaliyyətini dayandırıb.

Bu barədə qərar dünən axşam saatlarında qəbul edilib.

Qərarı kollektivə layihənin rəhbəri Rüstəm Əliyev elan edib. Ancaq qərarın səbəbi barədə heç nə deyilməyib.

Qeyd edək ki, “Yurd” TV 2011-ci il martın 1-də fəaliyyətə başlayıb. Televiziya əsasən informasiya, ictimai-siyasi, sosial istiqamətdə fəaliyyət göstərib.

APA