“Bank of Baku”nun kredit şərtləri ən sərfəlidir - sorğu
11.4.2014

Azərbaycanın internet istifadəçiləri “Bank of Baku”-nun kredit şərtlərini ən sərfəli və ən münasib şərtlər hesab edib.

Bankdan verilən məlumata görə, xəbər saytlarından birində keçirilən sorğuda iştirak edənlərin 27%-i “Azərbaycandakı hansı bankın kredit şərtləri daha sərfəlidir?” sualına “Bank of Baku” cavabını verib.

Beləliklə, “Bank of Baku” sorğuda yer alan onlarla yerli bank arasında ən çox səs toplayaraq reytinqin birinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, sorğuda 6 000 çox internet istifadəçi iştirak edib.

Bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov sorğunun nəticələrini bu cür şərh edib: “Biz belə sorğuların nəticələrini yüksək dəyərləndiririk, çünki nəticələr müştərilərimizin bizim xidmətimizdən məmnun olduqlarını təsdiqləyir. Biz xidmət səviyyəsinin artırılması istiqamətində daim işləyirik və əldə olunan nailiyyətlərdən qürur duyuruq. Fürsətdən istifadə edərək, “Bank of Baku” ASC adından sorğuda səs verən hər kəsə təşəkkürümü bildirirəm”.

APA