Qoç - uzun müddətdən bəri həyata keçirməyi
planlaşdırdığınız layihəni gerçəkləşdirmək üçün uğurlu zamandır.
Başladığınız işi yarımçıq qoymayın. Tamamilə yeni, başqalarının çətinlik
çəkdiyi sahədə irəliləyə bilərsiniz. Yeni informasiyanı sürətlə əxz etməyə, bir qədər sonra karınıza gələcək işi öyrənməyə çalışın.
Görüşlər, müzakirələr, təhlillər və planlaşdırma üçün əlverişli zamandır.
Faydalı tanışlıqlara nail ola bilərsiniz. Dəvət aldığınız tədbirə qatılın.
Günün ikinci yarısında səfər və ya səyahət, şəraitin dəyişməsi münasibətlərə təsir edəcək, əhvalınızı yaxşılaşdıracaq.
Axşam saatlarında diqqət mərkəzində olacaqsınız.
Buğa
- gün çətinliklərdən xali deyil. Problemlərin öhdəsindən gəlmək üçün
özünüzdə qüvvə, imkan, potensial tapın. Günün ilk yarısı çətinliklərin
müzakirəsi, situasiyanın dəyərləndirilməsi üçün əlverişlidir.
Müzakirələrlə
danışıqları komfort ortamda aparın. Dəyər verdiyiniz insanı evə də
dəvət edə bilərsiniz. İşgüzar səfər o qədər də uğurlu olmayacaq.
Üstəlik, yolda vaxtınız nəzərdə tutduğunuzdan da çox keçəcək. Kiçik
maliyyə itkiləri istisna deyil.
Günün ikinci yarısında
yanınızdakı insanlarla asanlıqla dil tapacaqsınız. Dəvət olunduğunuz
tədbirə qatılın. Yeni tanışlıqlar istisna deyil. Lakin yeni
münasibətlərin dinamik inkişaf edəcəyinə bel bağlamayın.
Əkizlər
- asan, sadə gün deyil. Çətinliklər və problemlərdən yayınmaq mümkün
deyil. Onlardan çəkinmək, uzaqlaşmağa çalışmaq əvəzinə sədlərlə
maneələri aradan qaldırın.
Ətrafınızdakı insanlarla dil
tapmağa çalışın. İndiyədək bərk mübahisə etdiyiniz insanlarla belə,
ortaq məxrəcə gəlmək, qarşılıqlı anlaşmaya nail olmaq mümkündür.
Çoxdankı düşmənlərdən biri sizinlə barışmaq istəyir. Hər halda
neytralitet pis deyil. Belədə mübarizədən qurtularaq bütün diqqəti
önəmli işlərə yönəltmək olar.
Günün ikinci yarısı səfər və ya
səyahət üçün əlverişli deyil. Ağır fiziki iş görməyin. Xroniki
ağrıların kəskinləşməsi riski var. Profilaktiki tədbirlərə əl atın.
Orqanizmi sınağa çəkməyin.
Xərçəng
- problemlər və həll edilməsi çətin müşküllərin sayının az olduğu bir
gündür. Maliyyə fonu əlverişlidir. Gəlirlər istsina deyil. Hətta ən
çətin işin öhdəsindən belə, gələcəksiniz. Uzaqdan yaxşı xəbərin
alınmasını gözləyin.
Maraqlı təkliflər, dəvət olacaq.
Günün
ikinci yarısında işlərinizdə sürətli irəliləyişə bel bağlamayın.
Sürətli nəticə əldə edə bilməyəcəyiniz işə marağınız tez itməsin. Mühüm
məsələlərin həllini təxirə salmayın.
Axşam saatlarında əyləncə və ya istirahət məkanına yollana bilərsiniz.
Şir -
bu gün yeni və maraqlı imkanlarla qarşılaşacaqsınız. Seçim etmək çətin
olsa da, qərar verin. Çox düşünüb-daşınmayın. Əks təqdirdə imkanları
əldən verə bilərsiniz.
Maraqlı görüş, cazibədar işgüzar təklifin alınması istisna deyil. Saatlar keçdikcə təkliflərin sayı artacaq.
Uzun
müddətdən bəri münasibətlərinizin gərgin olduğu, umu-küsünü aradan
qaldırmaq istədiyiniz insanla ümumi dil tapacaqsınız. Məlum olacaq ki,
problemlər süni, hətta mənasızmış. Başqa şəhərdə yaşayan dost və ya
tanışdan xoş xəbər alacaqsınız.
Axşam saatlarında normal istirahət edin.
Qız
- yaşlı qohumlarla, ailə üzvləri ilə münasibətlərdə xüsusilə diqqətli
olun. Mübahisə və ya ixtilaf yaranarsa, onun ciddi, uzunmüddətli
münaqişəyə çevrilməsinə imkan verməyin.
Sizinlə manipulyasiya
etməyə çalışırlar. Bunu duyun, hiss edin, müqavimət göstərin. Təsir
altına düşməyin. Əhvalınız pisləşsə də, hüquqlarınızın tapdalanmasına
imkan verməyin. Neqativ emosiyaları nəzarətdə saxlamaq asan deyil.
Elədir, amma təmkinli olun.
Günün
ikinci yarısında maliyyə fonu uğurlu olacaq. Yaxşı gəlir əldə edə
bilərsiniz. Qiymətli hədiyyə istisna deyil. Romantik münasibətlər
başlaya bilər.
Tərəzi -
yanınızdakı insanları ideyalarınıza inandırmağa başlayın. Sizdən
kənarda, uzaqda durmağa çalışanları birgə fəaliyyətin zərurətinə
inandırın. Rəğbət bəslədiyiniz insanla daha sıx əlaqələr qurmağa
çalışın.
Ciddi, önəmli saydığınız istiqamətində konkret addımlar atın.
Günün ikinci yarısında emosionallıq və həyəcan stabil fəaliyyətə mane ola bilər.
Hisslərdəki
gərginlik məhsuldar fəaliyyətə maneələr yaratmaqla yanaşı, işdə
həmkarlar və rəhbərliklə ünsiyyətdə problemlərə səbəb ola bilər.
Yeni
sahədə, indiyədək təcrübənizin olmadığı müstəvidə çalışmağa
başlayırsınızsa diqqətli olun. İlk çətinliklərdən sonra geri çəkilməyin.
Çoxsaylı maneələri qət etməli olacaqsınız.
Axşam saatlarında aktiv istirahəti seçin.
Əqrəb -
günün ilk yarısında önəmli və ya genişmiqyaslı işlərə başlamayın. Xoş
görüş, maraqlı insanla mükalimə, parlaq hisslər istisna deyil. Cari
işlər sizə darıxdırıcı, usandırıcı gəlsə də, ənbəllik etməyin. Belə
işləri başqasına həvalə etmək istəyirsiniz. Amma yaxınlıqda belə insan
olmadığından özünüz işləməli olacaqsınız.
Günün ikinci
yarısı daha uğurlu olacaq. Başladığınız işlərdə uğur qazana bilərsiniz.
Maliyyə fonu uğurludur. Şəxsi münasibətlərdə irəliləyiş olacaq.
Sizə paxıllıq edənlər var.
Oxatan
- günün ilk yarısında çaşqınlıq yarana bilər. Nə zaman hansı işi
görəcəyinizi müəyyənləşdirin. Qərar qəbul etməzdən əvvəl həddən ziyadə
düşünməyin.
Vədlərə əməl edin, tapşırıqları yerinə yetirin, rutin və cari işlərlə məşğul olun.
Günün ikinci yarısında situasiyada dəyişikliklər olacaq. Yenilənən duruma uyğun davranın.
Yaxınlarınızın
davranışı sizi təəccübləndirsə də, emosiyalarınızı izhar etməyin.
İncimək və ya nigaran qalmazdan öncə vəziyyətin səbəblərini araşdırmağa
çalışın. Çox yəqin ki, ilk baxışdan qəribə görünən hərəkətlərin çox
məzmunlu səbəbləri var.
Oğlaq -
səhər saatlarını sakit keçirin. Gərəksiz hərəkətlər etməyin, spontan
qərarlara aludə olmayın. Təmkinli davranın. İşlərinizdə aktiv olun.
Effektiv prosesdurlara başlamaq olar.
Bilik və bacarıqların
artırılması, təcrübə əxzi, uzunmüddətli planlaşdırma, mürəkkəb
intellektual fəaliyyət üçün əlverişsiz gündür.
Günün ikinci yarısında problemləri yaşlı qohumlarla müzakirə etmək olar.
Real yardım alacaqsınız.
Dolça -
şəxsi həyatınızda və münasibətlərdə köklü dəyişikliklər vəd edən
gündür. Taleyüklü tanışlıq, görüş, danışıqlar zamanıdır. Mövqelərinizi
qorumağa çalışın. Bədxahlarla rəqiblər sizə zərbə vurmağa çalışırlar.
Günün
ikinci yarısında kiçik məişət çətinlikləri ilə qarşılaşacaqsınız.
Anlaşılmazlıqlar, yaxınlarla mübahisələr, diskussiyalar zamanıdır.
Əhvalınızı pozmayın, bədbinliyə qapılmayın. Axşam saatlarında səfər və
gəzinti xoş emosiyalar bəxş edəcək.
Balıqlar -
çətinliklə də olsa, problemlərin öhdəsindən gələcəksiniz. Ən əlverişli
günlərdən biri deyil. Yaranan bütün çətinlikləri eyni vaxtda həll etməyə
çalışıb lüzumlu olan əməlləri unudarsınız. Sakit, təmkinli olun. Ağıllı
və təcrübəli insanların məsləhətlərinə qulaq asın. Belədə yersiz
tələskənliyə yol verməzsiniz.
Günün ikinci yarısında ən yaxşı
məziyyətlərtinizi nümayiş etdirin. Yeni dost, tərəfdaş tapa bilərsiniz.
Romantik macəra istisna deyil.
Axşam saatlarında normal istirahət edin.
Milli.Az