Bakıda daha bir yol bağlanır
14.4.2014

Bu gün saat 22:00-dan Heydər Əliyev prospektinin “Ramstore” dairəsindən Böyükşor yol qovşağına qədər olan əsas hissəsi bağlanacaq.

Bunu Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması ilə bağlı olaraq yan yollar istisna olmaq şərti ilə, ancaq yolun mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Yol təxminən səhər saat 04:00 - 05:00 radələrində açılacaq.

APA