London Yay Olimpiya Oyunlarında iştirak edəcək taekvondo üzrə hakimlərin tam siyahısı açıqlanıb. Bu il keçiriləcək yarışda ədaləti 30 referi qoruyacaq. Bu hakimlər arasında Azərbaycan təmsilçisi də var. Belə ki, Oh Kvanq Çeolun adı London-2012 hakimlərinin siyahısına daxil edilib. Hazırda seçilən hakimlərin hamısı Bakıda I nəzəri-praktiki seminar keçirlər.
Qeyd edək ki, Azərbaycan yığması London-2012-də 2 taekvondoçu ilə təmsil olunacaq.