Tarixin ən bahalı evi satıldı - FOTO
14.4.2014

ABŞ-ın ən bahalı evi satılıb. ABŞ-ın Qrinviç şəhərində dəniz sahilindəki bir malikanə 120 milyon dollara alıcı tapıb.

Ev Atlantik okeanı sahilində 1890-ci ildə 50 hektarlıq sahədə inşa edilib. 14 min kvadrat metr bağlı sahəyə sahib malikanənin 12 yataq otağı var. "Copper Beach Farm" adındakı malikanə Amerika tarixinin ən bahalı evi ünvanını alıb.

Malikanə ötən il may ayında 190 milyon dollara satışa çıxarılıb.

Evi satın alanların şəxsiyyəti açıqlanmayıb. Bir müddətdir maliyyə çətinlik çəkən meşə məhsulları şirkətinin sahibi Con Rudey tərəfindən satılan "Copper Beach Farm"ın tərkibində sahilə 100 metr uzaqlıqdakı 2 ada və körpü də var.
Malikanənin bağçasında günəş vannası qəbul etmək üçün terras, tenis kortu və 25 metrlik hovuz da daxildir.

























ANS PRESS