Tanınmış aktyorun çubuqlarla portretini çəkdilər
14.4.2014

Hollivudun əfsanəvi aktyoru, çinli döyüş ustası Ceki Çanın qeyri-adi videosu yayılıb.

Yeni videoda çinli xanım böyük məharətlə ötən həftə 60 illik yubileyini qeyd edən aktyorun portretini çəkib.

Portretin xəbərə mövzu olmasının səbəbi isə onun qələm və s. bu kimi vasitələrin köməyi olmadan çəkilməsidir.

Xanım rəssam əfsanənin portretini yaratmaq üçün başda Yaponiya və Çin olmaqla bir çox Cənub Şərqi Asiya ölkələrinin yemək yediyi çubuqlardan (chopstick) istifadə edib.

Böyük məharətlə çəkilən portretin videosu internetə yükləndiyi az vaxt ərzində 1 milyon dəfəyə yaxın izlənib.

ANS PRESS