Çinli arıçının bədənini 460 min arı örtdü - Foto
14.4.2014

Çinin Cuntsin vilayətinin 34 yaşlı sakini öz üzərində təhlükəli təcrübə keçirib.

O, bədənini 460 min arıdan ibarət 45 kiloqramlıq örtüklə bağlanıb.

“Huffington Post” nəşrinə istinadən xəbər verilir ki, həşəratlarla işləməkdə təcrübəsinin olmağına baxmayaraq, kişi ciddi qorxu keçirib.

Demək olar ki, əksər dünya KİV-lərində bununla bağlı yerləşdirilən fotolardan görmək olur ki, arılar çinlinin ayaqdan başa bütün bədənini örtüb. Bədəninə xüsusi sulu maye çəkəndən sonra ətrafda olan bütün arıları maqnit kimi özünə çəkib.

Bir müddət sonra onun bədənində az da olsa, “ağ ləkə” qalmayıb. Bu proses 40 dəqiqə davam edib. Müqəvvaya bənzəyən kişi yalnız nəfəs yoluna dolmasın deyə, burnuna pambıq qoyub nəfəs ala bilirdi.









Gün.Az