Qoç - İşgüzar aktivlik səviyyəsini artırın.
Peşəkar fəaliyyət müstəvisində qarşılaşdığınız problemlərin öhdəsindən
gələ bilərsiniz. Karyera irəliləyişi və gəlirlərin artımı istisna deyil.
Sərfəli anlaşma və müqavilələr, maraqlı kommersiya təklifləri ola
bilər.
Biznesə başlamaq, pul yatırmaq üçün yaxşı gündür.
Günün
ikinci yarısında işgüzar tərəfdaş və müttəfiqləri diqqətlə seçin. Şəxsi
münasibətlərdə həssas və sayıq davranın. İntuisiyanızın səsinə qulaq
asın. Belədə sevdiyiniz şəxslə təmaslarda ciddi problemlərlə
qarşılaşmayacaqsınız.
Buğa -
Maliyyə problemləri istisna deyil. Onlar ilkin mərhələdə zəif olsalar
da, vaxt keçdikcə ciddiləşəcək, ağırlaşacaqlar. Bu və digər xərcin nə
qədər gərəkli olduğunu düşünün, sonra qərar verin. Uzun zamandan bəri
işgüzar münasibətlərinizin olduğu insanlarla təmaslarda çətinliklərin və
sərinləşmənin yaranmasının səbəbkarı olmayın.
Günün ikinci
yarısında yaxınlarınız sizi anlamaqda çətinlik çəkəcəklər. Onlar sizi
sərt tənqid edir, narazılıqlarını bildirirlər. Güzəştlərə hazır
olduğunuzu nümayiş etdirsəniz, ünsiyyətdəki "buz"u əridərsiniz.
Axşam saatlarında aktiv istirahət edin, gəzintiyə çıxın.
Əkizlər
- Adi və rutin işlərlə məşğul olmaq çətindir. Yeni, maraqlı, qeyri-adi
prosesə başlamaq olar. Təhlükəli və absurd hadisələrin iştirakçısına
çevrilməyin. Yaxın ətrafınızdakı insanların ən yaxşı halda düşünülməmiş
və məntiqsiz hesab etdikləri addımlar atmayın. İş yerinin
dəyişdirilməsi, köç, şəxsi həyatda dəyişikliklərlə bağlı qərarlar üçün
münasib zaman deyil.
Günün ikinci yarısında yoluxucu xəstəliklər riski artır. İnsanların gur olduğu tədbirlərə qatılmayın.
Axşam saatlarında kiçik travmaların yaşanmaması üçün ehtiyatlı olun.
Xərçəng
- Ən yaxşı və rəvan günlərdən biri deyil. Sizə dəstək olacağını
dəfələrlə vəd etmiş insan sözünün üstündə durmayacaq. Müstəqil hərəkət
edin. Situasiyanı təhlil edin, durumu anlamağa çalışın. Səhv riski
çoxdur, yanlışlıq ehtimalı artır. Yaranan problemləri sürətlə həll
etməyə çalışın.
Günün ikinci yarısında qənaətli olun, bahalı əşyalar almayın.
Qüvvə və imkanlarınızı olduğundan artıq saymayın. Öhdəsindən gələcəyiniz işlərə başlayın.
Axşam saatlarında başlaya biləcək romantik münasibətlərdə deyilməmiş sözlər çox, qarşılıqlı anlaşma az olacaq.
Şir -
Ən əlverişli zaman deyil. Çətinliklər işlə yanaşı, evdə də yarana
bilər. Dürüst davranış modelini seçin, qarşınızda duran məqsədləri
müəyyənləşdirin, konkret hədəflər seçin. Əməlləriniz xaotik olmasın.
Aktual problemləri həll edən zaman diqqətiniz ikinci dərəcəli məsələlərə
yönəlməsin. Yaranan sədlər və maneələr ilk baxışda keçilməz, dəf
olunmaz təsir bağışladığına görə geri çəkilməyin, ruhdan düşməyin.
Günün
ikinci yarısında travma riski artacaq. Səfər və ya gəzinti
planlaşdırıbısınızsa, ehtiyatlı davranın. Yaxınlarınızın sizin
dəstəyinizə ehtiyacı var. Kömək istəyən insanın müraciətini qulaqardına
vurmayın.
Qız - İstənilən
qərarınız, hətta ən adi və sadə əməliniz belə yaxın ətrafınızdakı
insanlardan birinin qıcığına, sinirlənməsinə səbəb ola bilər. Eqoist,
sərt, aqressiv insan təsiri bağışlamayın. Əslində göründüyü qədər pis
niyyətləriniz olmasa da, bəzi insanlar sizdən kənarda durmaq istəyirlər.
İşgüzar
danışıqlarda qətiyyətli olun. Bununla belə, bu gün əldə etdiyiniz bəzi
qərarlara və anlaşmalara sonradan yenidan baxmağa, mübahisələrə hazır
olun.
Tərəfdaşlarınız fikirlərini dəyişəcəklər.
Günün
ikinci yarısında ən yaxın insanlar sizi anlayacaqlar. Əhvalınızdakı
dəyişiklikləri hiss edən insanlarla həssas davranın. Qəfil vizitlər
istisna deyil. Qonaqların gəlişinə sevinin.
Tərəzi
- Ötənləri xatırlamağa çox vaxt sərf etməyin. Bu günü düşünün, sabahı
planlaşdırın. Tələskənliyə yol versəniz, peşəkar fəaliyyət sahəsində
uğurlara nail olmayaraq çox maraqlı və sərfəli imkanları əldən
verəcəksiniz. Mənfi emosiyaların öhdəsindən gəlin. Fəsadları sonradan
sizdə təəssüf və pərişanlıq yarada biləcək addımlar atmayın.
Günün
ikinci yarısında həyəcan az olmayacaq. Hisslərin real səbəbləri yoxdur.
Yanınızda sizə dəstək verərək fikrinizi dağıda biləcək insanın olması
yaxşıdır.
Nikbin olun, ruhdan düşməyin.
Əqrəb -
Xərclərin çox olacağı gündür. Bədxərclik etməyin. Doğrudur, alış-veriş
xoş emosiyalar və müsbət əhval-ruhiyyə yarada bilər. Amma maliyyə
məsələlərində bir qədər ehtiyatlı, qənaətli olun.
İstənilən
işlər, hətta mürəkkəb olmayan məsələlər yorucu təsir bağışlaya bilər.
Əyləncə və istirahəti ertələyin. Tənbəllik etməyin. Bir qədər əvvəl
ətrafınızdakı insanlara verdiyiniz vədləri yerinə yetirin.
Fikir ayrılıqları və anlaşılmazlıqlar yaxınlarınızla fikir ayrılıqlarına səbəb olmasın.
Axşam saatlarında məsrəflər arta bilər.
Oxatan
- Gün yetərincə sakit keçəcək. Sizi ifrat dərəcədə heç nə
təəccübləndirməyəcək, eyni zamanda, heyrətləndirməyəcək. Əvvəlcədən
hazırlanmış plana uyğun hərəkət edin. Belə olarsa, işlərizdə gecikmələr
və ləngimələr olmayacaq. Yeni imkanlarla şansları dəyərləndirin. Bir
qədər çevik olsanız, gün daha maraqlı alınacaq.
Günün ikinci
yarısında ailə üzvləri ilə fikir ayrılığı, ixtilaf yarana bilər. Maliyyə
və əmlakla bağlı məsələlərdə ortaq məxrəcə gəlmək çətindir. Adi
günlərdən fərqli olaraq bədxərclik etməyin. Yaxınlarınız sizə iradlarını
bildirəcək, daha qənaətli olmağa çağıracaqlar.
Oğlaq -
Qıcıqlı, aqressiv, sərt olmayın. Emosiyaları nəzarətdə saxlamasanız,
qeyri-adekvat davranışınızın fəsadları çox ağır ola bilər. Belə
davranışın dəyər verdiyiniz insanlarla münasibətləri korlamasına imkan
verməyin. Düşünüb-daşının, doğru qərar verin. Yaxın ətrafınızdakı
insanlar sizdən təmkinli, məntiqli, səlis davranış gözləyirlər. Əks
təqdirdə həmin adamlar pərişan qalacaqlar.
Günün ikinci
yarısında siz səhər saatlarında yaranmış problemi həll edə biləcəksiniz.
Cavabsız suallara cavab tapın. Travma riskinin az olmadığı gündür.
Ekstremal məşğuliyyət, uzunmüddətli səfər, ağır fiziki işdən imtina
edin.
Axşam saatlarında aktiv istirahət edin.
Dolça
- Günün ilk yarısında ehtiyatlı olun. Ətrafınızdakı insanlarla dil
tapmaq bir qədər çətindir. Həddən ziyadə şübhəli, inamsız davranmayın.
Çalışdığınız insanlar bunu hiss edəcəklər. Ən kiçik problem və ya
anlaşılmazlıq sizi təbdən çıxara bilər. Gərginliyi işlərlə məşğul
olmağın çətinləşəcəyi həddə çatdırmayın.
Günün ikinci
yarısının maliyyə fonu əlverişli deyil. Gərəkdiyindən artıq pul
xərcləməyin. Gəlirlər gözlədiyiniz zaman olmayacaq. Evdə xoşagəlməz
hadisə baş verə bilər. Məişət texnikasının sıradan çıxması istisna
deyil.
Axşam saatlarına yaxın əhavalınız pisləşə bilər.
Balıqlar
- İşlərə aktiv, təşəbbüslə və inamla başlayın. Uğurların böyük olmasını
istəsəniz də, nəticələr hələlik sizi qane etməyə bilər. Təmkinli,
səmimi, soyuqqanlı olun. İşlə bağlı cazibədar və maraqlı təkliflərə
sadəcə, tənbəlliyə görə mənfi cavab verməyin.
Günün ikinci
yarısında məqsədlər və prioritetlər dəyişə bilər. Metamorfozlar
yaxınlarınıza tam əyan olmadığından onların sizə xeyli sualları olacaq.
Axşam saatlarında xoşagəlməz, amma zəruri söhbət qaçılmazdır.
Milli.Az