Axtarış
Başqa şəhərlərdə
Paytaxtda “Bakı moda festivalı” adlı layihə keçirilib.Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşıb.Mərasimdə çıxış edən layihə rəhbəri İsmayıl İsmayılov gələn il festivalın beynəlxalq miqyasda keçirəcəklərini deyib.Jüri tərkibində olan professional modelyerlər, Azərbaycan Rəssamlıq Akademiyasının “Geyim dizaynı” kafedrasının müəllimləri Sevil Əliyeva, Azər Əliyev, Sveta Cəfərova, Fidan Süleymanova və model Kəmalə Quliyeva da iştirakçılara uğurlar arzu ediblər.Festivalda 15 nəfər gənc modelyer-rəssamın geyimləri nümayiş etdirilib.Tədbirin sonunda jüri tərəfindən 3 nəfər modelyer və model xüsusi mükafata və diploma layiq görülüblər.Mərasimdə Azərbaycan Rəssamlıq Akademiyasının tələbə-müəllim heyəti, incəsənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.Gün.Az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.