Bakıda “Virtual Qarabağ” mərkəzinin təqdimatı keçirilib
15.4.2014

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin Bakı Kompüter Kollecində təqdimatı baş tutub.

Təqdimat zamanı Bakı Kompüter Kollecinin tələbələrinə http://www.virtualkarabakh.az/ saytının təqdimatı keçirilib.

Təqdimat zamanı bu saytın günümüzdəki informasiya müharibəsi şəraitində güclü vasitə olduğunu və Azərbaycanın Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli mövqeyindən danışılıb.

“Virtual Qarabağ” layihəsinin koordinatoru Nurəddin Mehdiyev çıxış edərək, mərkəzin indiyə kimi həyata keçirdiyi layihələrdən söz açıb və perspektivdə olan layihələri tələbələrin diqqətinə çatdıraraq onları da bu layihələrdə fəal iştirak etməyə dəvət edib.

Daha sonra çıxış edən Bakı Kompüter Kollecinin direktoru İradə Səfərova bu cür layihələrin gənclər arasında təbliğ olunmağının vacibliyindən söz açıb.

Qeyd edək ki, sonda də “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi və Bakı Kompüter Kolleci arasında əməkdaşlıq memorandumu imzalanıb və kollecin tələbələrindən könüllü işçi qrupun yaradılacağı qeyd olunub.

Gün.Az