Qoç - hər hansı şəxs və ya hadisə ilə bağlı
fikrinizi dərhal açıqlayırsınız. Amma bilin ki, fikirlərinizi heç də
hamı bölüşmür. Ona görə də əvvəlki günlərdən fərqli olaraq münaqişələrlə
mübahisələrin sayının artmasına təəccüblənməyin. Günün ilk yarısında
problemlər daha çox olacaq.
Nüfuzlu insanlarla təmaslarda davranışınızı dəyişin. Əks halda güclü düşmən qazana bilərsiniz.
Sevdiyiniz insanla təmasda qayğıkeş, həssas, güzəştə meylli olun.
Yaltaqların dediklərinə inanmayın, bədxahların toruna düşməyin.
Buğa -
günün asan, problemlər və çətinliklərdən xali olacağını düşünməyin.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün irili-xırdalı xeyli maneələri,
sədləri dəf etməli olacaqsınız. Həmkarlarla fikir ayrılığı, dostlarla
ixtilaflar istisna deyil. Mövqelərinizdən geri çəkilməyin. Xoşagəlməz
sözlər eşidə bilərsiniz.
Günün ikinci yarısında romantik
görüş və təmas yaxşı keçəcək. Qarşı tərəfdə özünüzlə bağlı unudulmaz,
müsbət rəy yaratmaq istəyirsinizsə, məntiqli danışın, emosiyaların
təsiri altında olmayın.
Əkizlər
- bu gün yaşanacaq qəfil hadisələrin əksəriyyəti xoş məzmunlu olacaq.
İşlə bağlı uzun müddətdən bəri gözlədiyiniz xəbər və ya qarşınızda yeni
perspektivlər açacaq işgüzar təklif ala bilərsiniz. Yaşamınızda köklü
dəyişikliklər etməkdən qorxmayın. Bu gün qəbul edəcəyiniz qərar faydalı
olacaq.
Günün ikinci yarısının maliyyə fonu əlverişlidir.
Yaxşı gəlir əldə edəcəksiniz. Xərclər çox olmayacaq. Yaradıcı ideyaların
reallaşdırılması üçün pis gün deyil.
Yeni nə isə öyrənmək, eksperimentlər aparmaq olar.
Axşam saatlarında aktiv istirahəti seçin.
Xərçəng
- başladığınız işləri yarımçıq qoymayın, bitirin. Uzun müddətdən bəri
öhdəsindən bilmədiyiniz müşkül işi bu gün sonuclaya bilərsiniz. Yeni
sifarişin və ya layihənin icrasına başlayın.
Uzunmüddətli
perspektivə hesablanmış planların hazırlanması, danışıqlar və
müzakirələr üçün pis gün deyil. Köçə və ya fəaliyyət arealının
dəyişdirilməsinə başlamaq olar.
Günün ikinci yarısında yaxın
ətrafınızdakı insanlara fikir verin. Bəzi adamlar sizinlə təmaslardan
maksimum fayda əldə etməyə çalışırlar.
Axşam saatları romantik ünsiyyət üçün əlverişlidir.
Şir
- günün ilk yarısı xoşagəlməz, usandırıcı və yorucu işlərlə zəngin
olacaq. Əhvalınız korlana bilər. Amma çıxış yolu yoxdur. Səbrli və
təmkinli olun, çalışın. Mühüm məsələləri təkbaşına həll edin. Etibar
etdiyiniz köməkçilər bu gün sizi yarıyolda qoya bilərlər.
Günün
ikinci yarısında səhhətdə problemlər istisna deyil. Qida rasionuna
fikir verin, tamahkarlıq etməyin. Dəyər verdiyiniz insanlarla ünsiyyətdə
olun. Belədə gələcəkdə yarana biləcək bəzi problemlərin qarşısını ala
bilərsiniz.
Qız - yeni işləri
başlamağa, yeni layihənin təməlini qoymağa tələsin. Günün ilk yarısında
başladığınız işlər sizə uğur qazandıra bilər. Görüş və danışıqlar pis
alınmayacaq. İndiyədək dil tapmağa çətinlik tapdığınız şəxslərlə ortaq
məxrəcə gələ bilərsiniz. Yeni tanışlarda özünüzə rəğbət hissi yaradın.
Belədə maraqlı təkliflər ala bilərsiniz.
Günün ikinci yarısında müsbət dəyişikliklərə rəğmən bədbin olmayın, hər işdə yalnız pis cəhəti görməyin.
Ailə üzvləri ilə ünsiyyət əhvalınızı yaxşılaşdıra bilər.
Axşam saatlarında alış-veriş etmək olar.
Tərəzi
- maliyyə məsələlərini həll etmək üçün əlverişli zamandır. Pullarınızı
əbəs yerə xərcləməyin. Xərcləri müəyyənləşdirərkən məntiqli və
soyuqqanlı olun.
İri anlaşma, böyük məbləğdə saziş üçün
münasib zamanldır. İş yerinin dəyişdirilməsi ilə bağlı təkliflər
alacaqsınız. Onların arasında maraqlıları da var. Tələsik qərar
verməyin. Yeni iş yeri sizi təssüfləndirə bilər.
Günün ikinci
yarısında şəxsi münasibətlərdə problemlər yaranmayacaq. Kiçik
problemlər əhvalınızı korlaya bilər. Romantik görüş pis keçməyəcək.
Gəzinti və ya səyahətə sevdiyiniz insanla yollanın.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Əqrəb
- işgüzar tərəfdaş və ya işdə rəhbərlikdən alınacaq xəbərlər sizi
sevindirəcək. Peşəkar fəaliyyət mövqelərinizi möhkəmləndirmək,
irəliləmək şansları var.
Gəlirlərin məbləği az olacaq. Lakin
bu gün bağlanan müqavilə, əldə olunan anlaşma və ya qəbul edilən sifariş
sonradan yaxşı gəlir verəcək.
Geyim, habelə səyahət üçün əşyalar almaq olar.
Günün
ikinci yarısında yaşlı qohumlarla ünsiyyət səbr tələb edir. Uşaqlar da
nadinc və dəcəl olacaqlar. Sakit olun, müdrik qərarlar verin,
münaqişələrə səbəb yaratmayın. Ruhdan düşənləri dəstəkləyin.
Oxatan -
tələskənliyə və vurnuxmaya yol verməyin. Geciksəniz, hər dəqiqənin
itkilərə səbəb olacağını düşünməyin. Çünki məhz tələsik qərarlar,
düşünülməmiş addımlar problemlər yaradacaqlar. Hər hansı sahədə yeni işə
və ya layihəyə başlamazdan əvvəl yaxşıca fikirləşin.
Günün
ikinci yarısı işdə həmkarlar və rəhbərliklə açıq danışıq üçün
əlverişlidir. Bir sıra fikir ayrılıqlarına, anlaşılmazlıqlara aydınlıq
gətirmək olar.
Alış-verişdə çox pul xərcləməyin. Ümumiyyətlə, pullarla diqqətlə, qənaətlə davranın.
Axşam saatları ailəvi tədbirlər üçün əlverişlidir.
Oğlaq
- yeni işə və ya layihəyə başlamaq olar. İndiyədək agah olmadığınız
imkan və ya bacarığınızdan yararlana bilərsiniz. Rəqibləri üstələyin,
bədxahları pərişan edin, rəqabət mübarizəsindən uğurla çıxın.
Günün ikinci yarısında pul qazanmaq imkanları olacaq. Amma gəlirlər asanlıqla əldə edilməyəcək.
Meteohəssas
insanların orqanizmində problemlər yarana bilər. Səhhətinizdə yüngül
ağrılar hiss oluna bilər. Təmiz havada mümkün qədər çox vaxt keçirin.
Axşam gəzintisində fayda var.
Köhnə doslar sizi xoş xəbərlərlə sevindirəcəklər.
Dolça -
intuisiyanıza güvənin. Bu gün o, əvəzolunmaz yardımçınıza çevriləcək.
Qərar və əməllərinizin motivləri yanınızdakı insanlara o qədər də aydın
deyil. Deyilənlərə fikir verməyin, uğura doğru qətiyyətlə irəliləyin.
İşdə rəhbərlik sözlərinizə qulaq asır. Karyerə pilləkənində irəliləmək
şansları artır.
Günün ikinci yarısında önəmli anlaşma, saziş və razılaşmalara nail olmaq mümkündür.
Sükan arxasında çox vaxt keçirməyin. Uzunmüddətli səfərlərə çıxmayın. Belə səfər yorğunluqdan savayı heç nə verməyəcək.
Axşam saatlarını evdən kənarda keçirsəniz, maraqlı məşğuliyyətlər tapa bilərsiniz.
Balıqlar
- peşəkar fəaliyyət müstəvisində problemlər olacaq. Həmin çətinliklərin
fəsadlarını minimallaşdırmağa çalışın. İşdə rəhbərliklə münasibətləri
gərməyin. Bu gün münaqişə yaranarsa, indiyədək rəvan olan münasibətlər
bərpa edilməyəcək.
Rəhbər qadındırsa, işlər lap çətinləşəcək.
Günün
ikinci yarısında kiçik alış-veriş etmək olar. Böyük məbləğdə spontan
xərclər yolverilməzdir. Yeni tanışlıqlara nail olmaq istəyirsinizsə,
dəvət aldığınız tədbirdən imtina etməyin.
Yeni münasibətlər yaranarsa, sürətlə inkişaf edəcək.
Milli.Az