Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova müsabiqədə ifa edəcəyi “Start a Fire” mahnısının Azərbaycan dili versiyasını təqdim edib.
Azərbaycan versiyası “Bir qığılcım” adlanır.
““Start a Fire” dərin mənalı mahnıdır. Onun süjeti mənə və mənim ölkəmə çox yaxındır. Mən mahnının doğma dilimə tərcümə olunmasını səbirsizliklə gözləyirdim”, - deyə D. Kazımova bildirib.
Qeyd edək ki, D. Kazımova “Start a Fire” mahnısını 8-ci nömrə altında “Eurovision” müsabiqəsinin birinci yarımfinalında mayın 6-da Kopenhagendə təqdim edəcək.
VİDEO
APA