Bu ölkədə kişilər gəlin olur
17.4.2014

Dünyanın ən fərqli mədəniyyətlərinə sahib olan İndoneziyaya aid Sumatra adası qeyri-adi ənənələri ilə diqqət çəkir. İndoneziya kişilərin gəlin olduğu ölkə hesab olunur.

İndonezoiyanın qərb hissəsindəki Sumatra adasında yaşayan əhali dünyanın ən böyük matriarxat cəmiyyətidir. Belə ki, Minangkabau cəmiyyətində evlər qadınlara aiddir, soy anadan yaranır. Hətta kişilər evləndikdən sonra həyat yoldaşının ailəsinin evində yaşayır.

Kişilər üçün sığıncaqlar var

Evlənən kişilər qız evinə gedir, qadının soyadını daşıyır. Həyat yoldaşı tərəfindən küçəyə atılan kişilər üçün hətta sığınacaqlar var.

Dünyanın hər yerində təzyiqlərə məruz qalan qadınlardan fərqli olaraq, İndoneziyada kişilər məhrumiyyətlərə məruz qalır. Qeyd edək ki, İndoneziya əhalisinin sayına görə, dünyanın ən böyük islam ölkəsidir. Orada kişilərin dominantlğı hiss edilmir.

publika.az