Azərbaycanda “Karvansaray” mehmanxana brendi yaradılacaq. Mədəniyyət və Turizm Nazirliyi müvafiq ticari marka üzrə tender elan edib.
Nazirliyin şöbə müdiri Fikrət Məmmədovun bildirdiyinə görə, marka Gəncə və Şəkidə iki aktiv regional obyekt əsasında şaxələnəcək. Hələlik oraya ekskursiyaya gedirlər, perspektivdə əcnəbilər bu ərazidə yaşaya biləcək.
“Bu brenddən olan mehmanxanalar başqa regionlarda da tikiləcək. Onlara bir tələb var – naxış, üslüb və xidmət metodu milli olacaq”, - deyə Məmmədov bildirib. Layihənin məsləhətçisi Avstriyanın “MRP Consult GmbH” şirkətinin nümayəndələri 28 apreldə Bakıya gələcək.
Hələlik ştat cədvəli və digər konkret məlumat yoxdur, ancaq perspektivdə yerli mehmanxana brendi mehmanxana turizmi liderləri ilə ayaqlaşmağa hazır olacaq.
Oxu.az