Google-un aprelin 15-də satışa çıxardığı ağıllı gözlüyü “Google Glass” yalnız 12 saat içində satılıb qurtardı.
Gün.Az-ın verdiyi xəbərə görə, satış üçün 24 saat müddət müəyyən etdiyi halda, böyük maraqla qarşılanan ağıllı eynəklər bu müddətdən əvvəl tükənib.
Bildirək ki, eynəklər 1500 dollardan satılıb.
Gələcək həftələrdə eynəklərin satışının yenidən təşkil ediləcəyi gözlənilir.
Gün.Az