Şahzadələrin və məşhurların gəlinlikləri sərgilənəcək - FOTO
17.4.2014

Mayın 3-də Londonun tarixi "Viktoriya və Albert muzeyi"ndə "1775-2014 gəlinlikləri" adlı sərgi açılacaq. Unikal sərgidə XVIII-XIX əsr Britaniya şahzadələri, o cümlədən bir çox məşhurların gəlinlikləri nümayiş olunacaq.

Onlar arasında Şahzadə Çarlzın xanımı, Kornvol hersoqinyası Kamilla Parker-Boulzun toy günü geyindiyi Anna Valentine imzalı libas və dizayner Filipp Treysinin əl işi olan baş örtüyü, aktrisa Qven Stefani, fotomodel Dita fon Tizin toy libasları var.



Ziyarətçilər 1933-cü ildə Arqayl hersoqinyası Marqaretin geyindiyi gəlinliyi də görə biləcəklər.




Dizayner Con Qalyanonun aktrisa Qven Stefani üçün tikdiyi bej-çəhrayı çalarlardakı libas Hollivudun ən fərqli gəlinliklərindən hesab olunur.


2005-ci ildə qalmaqallı müğənni Merilin Mensonla ailə həyatı quran Dita fon Tiz üçün gəlinlik libasını isə Vivyen Vestvud tikmişdi.


Sərginin kuratoru Edvina Ehrmanın sözlərinə görə, burada məqsəd 300 il ərzində gəlinliklərin dizaynındakı dəyişikliyi göstərməkdir: "İllər ərzində libaslar tikildiyi materiallardan tutmuş, forma və rənglərinə qədər bir çox dəyişikliyə məruz qalıb. Lakin həyatın ən vacib günündə məhz ağ gəlinlik geyinmək ənənəsi 1840-cı ildə əfsanəvi kraliça Viktoriya tərəfindən qoyulub. O, Şahzadə Albertlə birlikdə sevgi dolu ömür sürdü. Sevindirici haldır ki, tarixi gəlinliklərin nümayiş olunacağı sərgi Viktoriya və Albert cütlüyünün adını daşıyan bu muzeydə baş tutacaq".

Ekspozisiya gələn il martın 15-dək davam edəcək.




ANS PRESS