“Euronews” telekanalı Azərbaycanın İvanovka kəndində yaşayan molokanlar haqqında geniş video-reportaj yayımlayıb.
ANS PRESS-in məlumatına görə video-materialda bildirilib ki molokanların
ilk evlərinin 1834-cü ildə Azərbaycanın İsmayıllı rayonunda tikildiyi
qeyd olunur. Sujetdə qeyd olunub ki, İvanovka kəndinin əhalisi etnik
ruslardan ibarətdir və molokan icmasının yaşadığı ərazilərdən biridir.
Reportajda molokanların tarixi və həyat tərzi barədə geniş məlumat
verilib.
Bildirilib ki onlar dua etmək üçün toplaşanda nəinki videokamera, hətta
mobil telefon belə gətirmək qadağandır. “Euronews”un əməkdaşlarına
münasibətdə bu məsələ istisna təşkil edib. İvanovkanın yaşlı
sakinlərindən biri Matvey Ermolov bildirib ki, birgə dua etmək üçün
yığışmaq, həmçinin icmanın görüş anıdır. Bura toplanmaq həm də
məsələlərin birgə həllini tapmaq üçün səbəbdir.
Sujetdə qeyd olunub ki, İvanovkada sanki zaman donub. Çünki demək olar
ki, hər bir molokanın evində soba vardır. Bu gözəllik üçün deyil,
ənənəvi dadlı yeməkləri bişirmək üçündür. Heç bir ailəvi və bayram
toplantıları “əriştəsiz” keçmir.
Telekanalın yayımda Valentina Serebrannikova “Euronews”-un müxbirlərinə “əriştə” təklif etdiyi də əks olunub.
Reportajda məhz İvanovkada Azərbaycanda sovet dövründən qalan yeganə
kolxozun fəaliyyət göstərdiyi xüsusi vurğulanır. İvanovka sakini İvan
Novoselsev telekanala müsahibəsində bütün ömrü boyu kolxozda işlədiyini
bildirib. Təqaüdə çıxdıqdan sonra o, arıçılıqla məşğul olur.
“Euronews” telekanalı Azərbaycanın İvanovka kəndində yaşayan molokanlar
haqqında süjetdə bildirilib ki, İvanovka sakinləri tarixi ənənələrinə
çox sadiqdirlər, eyni zamanda, dəyişikliklərdən də qorxmurlar.








VİDEO
ANS PRESS