Türkiyənin rəqs sultanları “Anadolu Ateşi” Heydər Əliyev Sarayında “The Best of Anadolu Ateşi” adlı proqramı ilə çıxış edəcək.
Rəqs
qrupu bu günə qədər göstərdiyi performansın ən möhtəşəmi ilə iyun
ayının 6, 7, 8-də bakılıların görüşünə gələcək.
1999-cu ildə Mustafa Erdoğanın başçılığı ilə
yaranan “Anadolu Ateşi”nin ilk adı “Rəqsin Sultanları” olub. Qrupun
yaradılmasında məqsəd Şərqlə Qərbin mədəniyyətlərinin birləşməsi və sülh
idi. 90 nəfər gənc rəqqasla fəaliyyətə başlayan qrup 2002-ci ildən
dünya turuna başlayıb və 93 ölkədə 3850 şou göstərib, 35 milyondan çox
sənətsevər tərəfindən izlənilib.
“Anadolu Ateşi” 2001-ci ildən bu günə kimi
İsrail, Almaniya, Çin, Hollandiya, Ukrayna Belçika, İsveçrə, Yaponiya,
Avstriya, Qatar, Liviya, Rusiya, Azərbaycan, Sibir, Rumıniya, Saray
Bosniya, Dubay, Yeni Zelandiya, İtaliya, Slovakiya, Belarusiya,
İngiltərə, Gürcüstan, Suriya, Sloveniya, Malaziya, Bəhreyn, Yunanıstan,
İspaniya və.s ölkələrdə səhnə alıb, Anadolu mədəniyyətini dünyaya
tanıdıb.
Azərbaycanda dəfələrlə səhnə alan qrup
Azərbaycan tamaşaçısının əvəzolunmazlarındandır. Və bu dəfə öz
tamaşaçısı üçün “Anadolu Ateşi” ən yüksək performansı ilə çıxış edəcək.
“SA ORGANIZATION”-ın təşkilatçılığı ilə “Anadolu Ateşi” yeni layihəsi ilə görüşünüzə gələcək.
Şirkət indiyə kimi ölkəmizdə tanınmış
ifaçılardan İbrahim Tatlıses, Nilufer, Ajda Pekkan, Alişan, İngrid
Alberini, İmagination, məşhur rəqs qruplarından olan “Anadolu ateşi”,
“Tararam”, “Şaman”, “Celtic Legends”, həmçinin Ruslana, Kenan Doğulu,
Mustafa Sandal və s. kimi bir çox məşhurların konsert layihələrinə imza
atıb.
Qeyd edək ki, konsertin informasiya dəstəyi
Oxu.Az İnformasiya Agentliyidir.
Oxu.az