Ən iri mavi almaz 21 milyon dollara təklif edilir
17.4.2014

Dünyanın ən iri mavi almazı satışa çıxarılacaq. Onun qiyməti nə az, nə çox - düz 21 milyon dollardır. 13 karatlıq yeraltı sərvət ən parlaq və ən şəffaf mavi almaz kimi də tarixə düşüb.

Cenevrədə satışa şıxarılacaq almazı almaq üçün artıq 100-dən artıq zəngin insan iddialı olduğunu bildirib.

Məlumat üçün onu da qeyd edək ki, dünyadakı qiymətli daşların yalnız 1 faizini təşkil edən mavi almazlar alıcılar arasında böyük həvəslə qarşılanan və ən tez satılan təbii sərvətdir.

Big.az