İzmirdə
vaxtından bir ay əvvəl yetişdirilən "şimal yarımkürəsinin ilk məhsulu"
olaraq adlandırılan gilas İstanbulda satışa çıxarılıb.
Anspress-in
xəbərinə görə, İstanbulun Bayrampaşa tərəvəz və meyvə bazarına
gətirilən gilas İstanbulda kiloqramı 120-200 lirəyə (44-74 manat arası)
alıcıların yolunu gözləyir.
İstixanada yetişdirilən və tez satışa
çıxarıldığı üçün bazar dəyəri yüksək olan gilas şəhərdəki kiçik
dükanlara, marketlərə və bazarlara paylanır.
Gilas bahalı olduğu
üçün 100, 200, 250 qramlıq paketlərdə satışa çıxarılır. Vaxtından əvvəl
meyvənin satışda olduğunu görən əhali təəccübünü gizlədə bilmir.
Məlumat
üçün bildirək ki, Türkiyədə əsasən xeyir işlərdə nəmər kimi istifadə
olunan 1.7 qramlıq "Çeyrek" qızılın qiyməti təxminən 150 lirədir (55
manat).
Milli.Az