Azərbaycanda zəlzələ olub
18.4.2014

Goranboyda zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ aprelin 17-də saat 19.24-də Mingəcevirdən 32 km cənub-qərbdə Goranboy ərazisində qeydə alınıb.

12 km dərinlikdə, 3.4 maqnitudada baş verən zəlzələ hiss olunmayıb.

APA