Yerin yeni əkizi tapıldı - FOTO
18.4.2014

Astronomlar Yerin "əkiz"ini aşkarladıqlarıın deyirlər. "Kepler-186f" adı verilmiş planet bir çox göstəricilər baxımından Yerə bənzəyir.


ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin nəzdindəki, Mauntin-Vyu şəhərində yerləşən Kənar Sivilizasiyaların Axtarışı İnstitutunun (SETI Institute at Nasa Ames Research Center) əməkdaşlarının apardıqları tədqiqatların nəticələri belədir.

Tədqiqat kosmosdakı "Kepler" rəsədxana-zondu vasitəsilə həyata keçirilmiş müşahidələrə əsaslanır.

2009-cu ilin martında orbitə buraxılmış "Kepler"dən alınan məlumatlara görə, yeni aşkarlanan planetdə həyat üçün yetərli şərait var. "Kepler-186f" planetinin səthində su olduğundan canlı orqanizmlərin inkişafı üçün münbit zəmin var.

"Kepler-186f"in ölçüləri Yerlə müqayisədə təqribən 10 dəfə böyükdür və planetin əksər hissəsi daşlıq, qayalıqdır.
Yeni planetin ətrafına fırlandığı ulduz Günəşlə müqayisədə daha kiçik və soyuqdur, Yerdən təqribən 500 işıq ili məsafəsindədir. Bu ulduzun sistemində 5 planet var. Yerdən 1,1 dəfə böyük olan həmin planetlər ulduzun ətrafında 130 gün ərzində tam dövrə vurur.

SETİ institutunun araşdırma qrupunun rəhbəri, planetoloq Elayza Kuintanın dediyinə görə, "Kepler-186f"in yaxınlığındakı 4 ekzoplanet əvvəlki araşdırmalar zamanı müşahidə olunmuşdu.

Alimlərin dediklərinə görə, qalaktikamızda təxminən 70 milyon belə planet var. "Həmin planetlərdəki uzun və "stabil" həyat onların səthində kimyəvi, habelə bioloji təkamülə səbəb ola bilər", - Elayza Kuintan deyib.

Araşdırmaların "Kepler"in fəaliyyəti dayanandan, 2017-ci ildə orbitə onun "varis"i TESS teleskopunun buraxılmasından sonra daha aktiv olacağı vurğulanır.
 


Milli.Az